“Cambridge University Press” nəşriyyatının mənbələrinə dair vebinar keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun təşkilatçılığı ilə "Cambridge University Press" nəşriyyatının mənbələrinə dair vebinar keçirilib. 

Olaylar.az xəbər verir ki, tədbirdə MEK əməkdaşları ilə yanaşı AMEA-nın elmi müəssisə və təşkilatlarından kitabxana mütəxəssisləri iştirak ediblər.

Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun ölkə üzrə milli əlaqələndiricisi və MEK-in İnnovativ layihələr şöbəsinin rəhbəri Cəmilə Yusifova "EBSCO" məlumat bazasının yeni xidmətləri haqqında məlumat verib.

Sonra vebinar iştirakçları ilə EBSCO İnformasiya Xidmətlərinin Türkiyə, Albaniya və MDB ölkələri üzrə təmsilçisi Mehmet Can Soyulmaz dünyanın ən böyük universitet nəşriyyatlarından olan "Cambridge University Press" nəşriyyatı haqqında məlumat verib. 

İnteraktiv keçən vebinarda "Cambridge University Press" nəşriyyatının təklif etdiyi xidmətlər və arxiv materiallarına onlayn çıxış imkanları müzakirə olunub, mövzu ətrafında suallar cavablandırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR