Dövlət əmlakı 12 min 500 manata özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 23 aprel tarixində keçirilib. Komitədən "Olaylar"a bildirilib ki, hərracda kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi kateqoriyalarından olan dövlət əmlakları özəlləşdirilib. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektindəki obyektin ümumi faydalı sahəsi 23.3 kv.m-dir. Dülgər sexi kimi fəaliyyət göstərən müəssisə üzrə sifarişi investor elektron formada verib. Hərrac iştirakçısı bu dövlət əmlakını 12 min 500 manata özəlləşdirdi. Özəlləşdirilən qeyri-yaşayış sahəsi paytaxtda yerləşir. Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki bu dövlət əmlakının ümumi faydalı sahəsi 101.5kv.m-dir. Hərracda iştirak edən vətəndaş obyekti 20 min manata özəlləşdirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR