“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı çəkilib

Azərbaycanı "Eurovision 2019" mahnı müsabiqəsində təmsil edəcək Çingiz Mustafayevin tanıtım çarxının çəkilişləri yekunlaşıb. İctimai Televiziyadan "OLAYLAR"-a bildirilib ki,  "Arzulamağa qərar ver: rəqs et" mövzusundakı video çarx Azərbaycan və İsrail dostluğu ilə yanaşı müsabiqə iştirakçılarının birliyini də nümayiş etdirir.  Müxtəlif və biri-birindən gözəl məkanlarda reallaşan çəkiliş prosesi maraqlı xatirələrlə yadda qalıb.

Qeyd edək ki, Çingiz Mustafayev Təl-Əvivdə keçiriləcək "Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycanı "Truth" (Həqiqət) adlı mahnı ilə ikinci yarım finalda 18-ci nömrə ilə təmsil edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR