Siyavuş Novruzov: “İctimai Televiziyada yeniliklər olmalıdır”

"Özəl telekanallar biznes qurumudur, bu telekanallarda əxlaqa zidd verilişlər nümayiş olunanda isə Milli Televiziya və Radio Şurası mövqeyini ortaya qoyur, qərarlar qəbul edir". "Olaylar"ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov söyləyib. S.Novruzov deyib ki, İctimai Televiziya fərqli bir formatdır və bu telekanalda yeniliklər olmalıdır: "Yenilik bir diktorun verilişi ayaq üstə, digərinin oturub aparması deyil. İctimai Televiziyada milli-mənəvi sahələrlə, Dağlıq Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır. Yenilik milli-mənəvi, səhiyyə, mədəniyyət və başqa mühüm sahələrlə bağlı olmalıdır. Köhnə təcrübədən və yenilərin enerjisindən istifadə etməklə cəmiyyətə normal proqramlar təqdim olunmalıdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR