Tibb bacısı özünü doğum evində öldürdü

Moskvadakı doğum evlərindən birində tibb bacısı iş yerində özünə ölümcül dozada yuxugətirici vasitə qəbul edərək intihar edib. 

Medicina.az-ın xəbərinə görə, 25 yaşlı qadının meyiti doğum evinin otaqlarından birində tapılıb.  Meyitin yanından iki ampula "Propofol" - güclü yuxugətirici (bu, narkozda saxlamaq üçün istifadə olunur) götürülüb.

Onun 3 ay əvvəl anestezioloqun köməkçisi işinə başladığı bildirilir. 

İntiharın səbəbi məlum deyil. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR