Ermənistanın növbəti təxribatı

Azay Quliyev: "BMT təxribata şərait yaradıb"

"Bildiyiniz kimi, BMT üzvü olan hər bir ölkənin illik hesabatını qəbul edir. Lakin təəssüf ki, budəfəki hesabatda Ermənistan təxribata yol verib, qondarma "Dağlıq Qarabağ respublikası"nın hesabatının BMT-nin saytında yerləşdirilməsinə nail olub". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev çıxış edərkən deyib. Deputat  bildirib ki, hesabat rəsmi hesabat statusunda 6 dildə yayılıb: "Buna müvafiq qurumlar tərəfindən münasibət bildirməlidir. Ermənistan tərəfindən bu cür təxribatlar indiyədək də edilib. Lakin budəfəki təxribata BMT şərait yaradıb. İndiyədək heç bir halda BMT tərəfindən belə qanunsuzluğa yol verilməyib. Təşkilatın qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə olan halda, necə ola bilər ki, BMT tərəfindən belə bir hesabat "Arsax" adı ilə qəbul olunsun?

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR