Tam "Saxta erməni soyqrımı" mövzusunda tədbir keçiriləcək

"Turan Araşdırma Mərkəzi"ndən ONN media-ya bildirilib ki, Tarixin gerçək üzünü Azərbaycan və dünya ictimaiyyətinə, gənclərimizə bir daha tarixi əsaslarla çatdırmaq üçün, aprelin 24-ü saat 12:00-da diplomatik korpusun iştirakı ilə "Turan Araşdırma Mərkəzi"nin  "Saxta erməni soyqırımı" mövzusunda Bakı Slavyan Universitetində ali məktəbin müəllim və tələbə heyyəti ilə tədbir keçirəcəkdir.

Bildiyiniz kimi tarixi həqiqətləri saxtalaşdırmaq və təhrif etmək yolu tutan ermənilər aprelin 24-də bütün dünyada özlərinin saxta soyqırım gününü qeyd edirlər. Bizim mənfur düşmənlərimiz "soyqırım" adlandırdıqları bu hadisənin əslində Türkiyəyə, Azərbaycana və ümumilikdə türk dünyasına qarşı yönələn məkrli siyasətidir. Eyni zamanda ermənilərin real əsası olmayan bu saxta iddianın mütəmadi olaraq gündəmdə saxlanılmasına yönəlmiş səyləri onların başqa dövlətlər hesabına daha geniş coğrafi əraziyə sahiblənmək üçün həyata keçirdikləri həqiqi soyqırım, terror və deportasiya siyasətini pərdələmək, diqqəti özlərinin işğalçılıq faktından yayındırmaq məqsədi güdür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR