Heydər Əliyev prospektində zəncirvari QƏZA - Yolda tıxac yarandı - FOTO

Bakının mərkəzi prospektlərindən birində 3 nəqliyyat vasitəsi toqquşub.

Hadisə bu gün Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisə şahidləri bildiriblər ki, qəza şəhər istiqamətində hərəkətdə olan avtomobillər ara məsafəsini düzgün saxlamadığına görə baş verib. Belə ki, "Mercedes E-class" markalı maşın "Toyota Prado"ya, "Toyota" isə qarşıda olan digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.

Qəza səbəbindən prospektin köməkçi yolunda bir müddət tıxac yaranıb. (trend)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR