Anar Məmmədxanov: “Çox istərdim ki, məni hər zaman xatırlasınlar”

Bu gün Anar Məmmədxanovun anım günüdür.

Olaylar.az xatırladır ki, Anar Camal oğlu Məmmədxanov ötən əsrin 90-cı illərinin əlamətdar fiqurlarından biri, Şən və Hazırcavablar Klubunun əfsanəvi "Bakılı oğlanlar" komandasının kapitanı idi. Anar 1970-ci ilin 20 iyulunda Bakıda anadan olub. 160 saylı orta məktəbi bitirib, 1987-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub. 1988-ci ildə məşhur "Bakılı oğlanlar" komandasını yaradıb, 1991-ci ildən isə Bakı şəhər ŞHK-nın prezidenti olub. 1992-93-cü illərdə "Bakılı oğlanlar" MDB üzrə ŞHK çempionluğuna, 1995-ci ildə Şən və Hazırcavablar Klubunun super kubokuna, 2000-ci ildə "XX əsrin çempionları" adına sahibləndi. Anar Məmmədxanov müstəqil namizəd kimi üç dəfə Bakı şəhərinin Suraxanı rayonundan Azərbaycan parlamentinə üzv seçilib.

"Hamı bilir ki, mən "Bakılı oğlanlar"ın kapitanı olmuşam, həyatımın 14 ilini Şən və Hazırcavablar Klubuna vermişəm ki, ölkəmizi, millətimizi, mədəniyyətimizi dünyada daha yaxşı tanıda bilim."- Deyən bakılı oğlanın geriyə sadəcə "əsrin çempionu" kuboku və qazandığı uğurlar deyil, həm də dəyərli fikirləri qalıb.

Anar Məmmədxanov deyirdi ki:

"Dünyanın yiyəsi - səbirli və bəxti üzünə güləndir"

"İnsan xarakterinin ən yaxşı xüsusiyyəti nikbinlikdir"

"Söz azadlığı nədir? Bu, hər şeydən öncə məsuliyyət deməkdir"

"Sosial vəziyyətindən və irqi mənsubiyyətindən asılı olmayaraq, hər insanın həyatında bir şans our: varlanmaq şansı məşhurlaşmaq şansı, xəstəlikdən sağalmaq şansı, gözəlləşmək şansı, sevimli qızın qəlbinə daxil olmaq şansı və s. Sadəcə olaraq, dünya elə qurulub ki, bəşəriyyət iki qeyri-bərabər hissəyə bölünüb.- bəziləri öz şansından istifadə edir, digərləri yox".

"Mentalitet- millətin sağlamlığıdır, yaxşı təhsildir, təmiz küçələrdir, ictimai nizam-intizamdır, tərəqqiyə can atmaqdır".

"Erməniliyin bül sütunu sayılan erməni diasporu fundamental geosiyasi və iqtisadi problemlərlə az maraqlanır, yalnız türklərdən qisas almaq yanğısıyla yaşayır".

"KİV elə bir xüsusi materiyadır ki, mütləq aptekdəki kimi dozasını, hava gimnastikasındakı kimi balansını gözləmək lazımdır, yoxsa zəhərlənmiş və şikəst edilmiş bir nəsil meydana gələcək".

"Bəxtinə hərb və sülh, olum ya ölüm məslələrini həll etmək şərəfi düşmüş vasitəçilər, təəssüf ki, özlərini ya şoumen kimi aparır, ya da siçan-pişik oynayırlar.

"Çox istərdim ki, məni hər zaman xatırlasınlar".

Hər zaman xatırlanan əfsanəvi kapitan!

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR