Ankaradan Bakıya birbaşa uçuşlar başladı - Heydər Əliyev Hava Limanında tort kəsildi

"Bu, xüsusilə Azərbaycanda yaşayan türklərin uzun müddətdir istədiyi şey idi"

Türk Hava Yollarının (THY) Ankara-Bakı arasında birbaşa uçuşu başlayıb.

AzNews.az xəbər verir ki, xəttin ilk uçuşu münasibətilə Heydər Əliyev Hava Limanında kokteyl təşkil olunub.

Tədbirə Azərbaycanın Xarici İşlər nazirinin köməkçisi Nadir Hüseynov, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, Şimali Kipr Türkiyə Cümhuriyyətinin nümayəndəsi Ufuk Turganer, THY müdir köməkçisi Abdulkerim Çay, Azərbaycanın mülki aviasiya orqanları, Türk qurumları və turizm agentliklərinin təmsilçiləri qatılıb.

Səfir Özoral THY-nin Ankaradan Bakıya ilk birbaşa səfərinin baş tutmasından məmnun olduğunu bildirib:

"Bu, xüsusilə Azərbaycanda yaşayan türklərin uzun müddətdir istədiyi şey idi. Bu gün THY bu özləmə son qoyacaq. Ankara ilə Bakı arasındakı bağlar daha da möhkəmlənəcək. İki şəhər arasındakı bağlar İstanbul üzərindən qurulurdusa, indi birbaşa səfərlər bizi bir-birimizə daha da yaxınlaşdıracaq. İki paytaxt arasındakı əlaqələr daha da istiləşəcək".

THY müdir köməkçisi Çay da iki qardaş dövlətin paytaxtları arasında uçuşları başlatmağın qürur verici olduğunu vurğulayıb:

"Bu uçuş vasitəsilə iki qardaş ölkə arasındakı dostluq, qardaşlıq artaraq davam edir. Buraları çox sevirik, tez-tez gəlib getməyi sevirik. THY olaraq ölkələr arasındakı münasibətləri artırmaq üçün əlimizdən gələni etməyə çalışacağıq".

THY Bakı müdiri Seyfullah İlyas qısa müddət əvvəl Bakı-Antalya uçuşlarının da başladığını xatırladıb:

"Bu uçuşlarla THY iki ölkə arasındakı əlaqələrə dəstək verməyə davam edir. Ankara-Bakı uçuşuna həftədə 3 gün olmaqla başladıq. Tələbə görə bu say arta bilər".

Bakı-Ankara arasında birbaşa uçuş tort kəsilərək qeyd edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR