Milli Məclis 19 məsələnin müzakirəsinə toplaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Olaylar"ın məlumatına görə, iclasın gündəliyinə 19 məsələ daxil edilib. Bunlar aşağıdakılardı:İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında; "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;  Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə;  "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;  "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;  Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş); "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş) və sair.   

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR