1858 nəfərin ölkədən getmə hüququ məhdudlaşdırlıb

2019-cu ilin 1-ci rübündə vergi borcu 14 milyon 624,0 min manat olan 1.858 sayda vergi ödəyicisi və vəzifəli şəxslərin məhkəmə qərarı əsasında ölkədən getmə hüququ məhdudlaşdırlıb ki, bunun nəticəsində də borcun 50%-dən çoxu dövlət büdcəsinə ödənilib. Vergilər Nazirliyindən "Olaylar"a bildirilib ki, cari ilin I rübü ərzində 21.874 sayda təqdim edilməmiş bəyannamələrin alınması təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,9% artım deməkdir. Borclu vergi ödəyicilərinin 95%-dən çoxu inzibati tədbirlər həyata keçirilmədən, məhz vergi orqanları tərəfindən aparılmış məlumatlandırma tədbirləri nəticəsində könüllü şəkildə ödəniş edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR