Dönərxanadakı iyrənc görüntüyə görə araşdırma başladı

Bakının Nərimanov parkında fəaliyyət göstərən dönərxanada sanitar və gigiyenik qaydalara əməl olunmaması ilə əlaqədar AQTA tərəfindən araşdırma başlayıb.

Bu sözləri  qurumun mətbuat katibi Aysel Fərziyeva mediada sözügedən dönərxanada aparatdan asılan əti pişiyin yeməsiylə bağlı yayılan fotoya münasibət bildirərkən deyib. O, məlumatın mediadan götürüldüyünü və araşdırılması üçün aidiyyəti üzrə yönləndirildiyini qeyd edib.

Qurum araşdırmanın nəticələriylə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, Unikal.org saytı paytaxtın Nərimanov parkında yerləşən dönərxanada pişiyin əti yeməsini əks etdirən fotolar paylaşıb.

Bakıda dönərxanada iyrənclik: Pişik aparata asılan əti yedi

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR