Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilib

V.Mustafazadə adına Mədəniyyət Mərkəzində  "Beynəlxalq Mədəniyyət Günü"nə həsr olunmuş tədbir keçirilib.

Olaylar.az xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyətinin müavini Anara Hacıbəyli çıxışında bildirib ki, Azərbaycan UNESKO ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq edir.

Türkiyə və İran səfirliklərinin nümayəndələri İrfanÇifçi və Əskər Farsi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiyadan Şərqi İzmayılova dairəsinin "YedinayaRossiya" partiyasının İcra komitəsinin sədri, deputatYekaterinaQorbaçyova, Rusiya Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova iqtisadi və mədəni əlaqələrin vacibliyini tədbir iştirakçıların diqqətinə çatdırıblar.

Çıxışlardan sonra YUNESCO-nun qeyri-maddi dəyərlər siyahısına daxil olan Dolma, Lavaş, Kələğayı və musiqi ələtlərimizin sərgisi nümayış olundu. Tədbirdə bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan dolma sərgilənib, həmçinin Türkiyə, İran və Rus ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunub. Tədbir konsert proqramı ilə davam etdirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR