Sarı pas xəstəliyinə qarşı mübarizə gücləndirilib

Bölgələrdə hava şəraitinin yağmurlu və rütübətli  keçməsi bəzi taxılçılıq rayonlarının taxıl əkini sahələrində Sarı pas xəstəliyinin (Piccinia Striiformis West) yayılmasına şərait yaratdığı üçün DFX-nin yerli mütəxəssisləri tərəfindən fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Bərdə rayonunda da xəstəliyin artmasının qarşısını almaq üçün rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən aprel ayının əvvəllərindən etibarən rayon ərazisində yerləşən 1300 hektardan çox taxıl əkini sahəsində pas xəstəliyinin yayılmasını müəyyən etmək üçün fitosanitar müşahidə aparılıb. Müşahidələr zamanı rayonun Xəsili, Qazaxlar, Divanlı, Niftçi, Çələbilər, Qayalı kəndlərinə, eləcə də "Elkiyar" kommersiya şirkətinə məxsus taxıl əkini sahələri daxil olmaqla 228 hektar sahədə sarı pas xəstəliyinin yayılması müəyyən edilib.

Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin iştirakı ilə sarı pas xəstəliyinə qarşı 4760 hektar taxıl sahəsində fitosanitar müşahidələr aparılıb. Baş Layısqı, Baş Göynük, Çeşməli, Küdürlü, Çayqaraqoyunlu, Şəki və Kiş kəndlərinə məxsus olan 4100 hektar taxıl sahəsində xəstəliklə sirayətlənmə aşkar edilib. Təsərrüfat subyektləri hesabına bu günə qədər 3550 hektar sahədə tilt (0.5 l/ha), alto-super (0.4 l/ha), probibat (0.5 l/ha), oblate (0.6-0.8 l/ha), reks-duo (0.5 l/ha), tiovit-djet (5-8 kq/ha) fungisidlərindən istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri aparılıb. Yevlax rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən rayonun 520 hektarlıq taxıl əkini sahələrində sarı pas xəstəliyinin yayılmasını müəyyən etmək məqsədi ilə fitosanitar müşahidələr aparılıb, Malbinəsi və Qaramanlı kəndlərinə məxsus 14 hektar taxıl əkini sahəsində sirayətlənmə aşkar edilib. Fermer təsərrüfat sahiblərinin hesabına 5 hektar sahədə xəstəliyə qarşı tilt (0,5L-1ha) preparatından istifadə olunmaqla, kimyəvi mübarizə aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR