EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 47050 nəfərə çatıb

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 47,050 nəfərə çatıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, EKTİS-də ən çox Biləsuvar, Salyan, Şəki və Şamaxı rayonlarında yaşayan fermerlər qeydiyyatdan keçiblər. Biləsuvarda 3637, Salyanda 3450, Şəkidə 3348, Şamaxıda 3208 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları yeni sistemə daxil ediblər. Şamaxı rayonunun Göylər Dağ, Şəkinin Kiçik Dəhnə, Qubanın Hacıhüseynli, Biləsuvarın Xırmandalı kəndlərində yaşayan fermerlərin əksəriyyəti EKTİS-də qeydiyyat prosesini başa çatdırıb.

Ümumilikdə 33231 fermer torpaq mülkiyyətini təsdiq edən Dövlət Aktı və şəhadətnamə, 9215 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 513 fermer icarə sənədi, 54 fermer vərəsəlik şəhadətnaməsi əsasında sistemdə qeydiyyatdan keçib. Qalan fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetə ilkin mərhələdə tələb olunan digər sənədləri əlavə ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR