İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində Əməkdaşlıq Protokolu imzalanıb. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan Protokolu Aİİ-nin rektoru Ceyhun Məmmədov və LDU-nun rektoru vəzifəsini icra edən Natiq İbrahimov imzalayıblar.

Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və doktorantlar üçün təkmilləşdirmə kurslarının keçirilməsi nəzərdə tutulur. Sənədə əsasən, həmçinin elmi konfransların təşkili; elmi araşdırmaların aparılması; təlim kurslarının və seminarların keçirilməsi məqsədilə İnstitut və Universitet əməkdaşlarının qısa və ya uzunmüddətli mübadiləsi; ali təhsil müəssisəsində təhsilalanların elmi rəhbərlik, araşdırma işlərinin yerinə yetirilməsi üçün ədəbiyyat və kitabxana materialları ilə təmin edilməsi üzrə əməkdaşlıq nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR