Qeyri-rəsmi yaşadığı kişidən ayrılan 18 yaşlı qız özünü öldürmək istədi - Azərbaycanda

Ucarda 18 yaşlı qadın intihara cəhd edib.

Ona xəbər verir ki, hadisə rayonun "Dəmiryol" adlanan ərazisindəki körpüdə baş verib. Rayon sakini, 2001-ci il təvəllüdlü S.K (qadının adı şərtidir) körpüyə çıxaraq intihar etmək istəyib. Onunla aparılan profilaktiki söhbətdən sonra qadın fikrindən daşınıb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Məlumata görə, intihar etmək istəyən qadın bir müddət əvvəl qeyri-rəsmi yaşadığı kişidən ayrılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR