“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiqləndi

"Azərbaycan dilinin Orfoqrafiya Normaları" təsdiq edilib.Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.Qərara əsasən, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 835 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla, Nazirlər Kabineti "Azərbaycan dilinin Orfoqrafiya Normaları"nı təsdiq edib.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 654; 2015, № 6, maddə 775) 1-ci hissəsi ləğv edilib.

Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR