“Əmlakının qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası İsmayıllıda

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Əmlakının qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası 22-24 aprel tarixlərində İsmayıllı rayonu Qalıncaq kəndində, 25-26 aprel tarixlərində Təzəkənd kəndində təşkil ediləcək. Komitədən "Olaylar"a verilən məlumata görə, fərdi yaşayış evləri, bağ evləri, torpaq sahələri və digər daşınmaz əmlaklarını qeydiyyata almaq istəyən vətəndaşlar saat 9:00-dan 17:00-dək səyyar avtobusa yaxınlaşa bilər. Operativ xidmətlərdən adıçəkilən kəndlərin sakinləri ilə yanaşı, digər kənd və qəsəbələrdən olan vətəndaşlar da istifadə edə bilər.

Qeyd edək ki, kampaniya zamanı əhalinin qeydiyyatla bağlı maarifləndirilməsi də təşkil ediləcək. Səyyar ofisə müraciət edən şəxslərə qeydiyyat prosedurları, tələb olunan sənədlər, dövlət rüsumu və xidmət haqqı kimi məsələlər izah olunacaq. Elektron çıxarışların əldə olunması, istifadəsi və üstünlükləri barədə vətəndaşlar məlumatlandırılacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR