Azərbaycan vətəndaşının maraqları dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır- ŞƏRH

Azərbaycanda son bir neçə ay ərzində sosial sahədə bir-birinin ardınca atılan və vətəndaş məımnunluğuna xidmət edən addımlar cəmiyyət tərəfindən yüksək qarşılanır. İstər cari ilin əvvəlindən pensiya və müavinətlər, minimum əməkhaqqı, təqaüdlərin artırılması, istər bu sahədə digər tədbirlərin həyata keçirilməsi birmıənalı olaraq əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edib. Elə növbəti ildən bütün ölkə üzrə tətbiqinə başlanacaq tibbi sığorta sistemi də bu qəbildəndir. Məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Sədaqət Vəliyeva deyib ki, bu gün Azərbaycanda tibbi xidmət pulsuz həyata keçirilir. Onun sözlərinə görə, dövlət xəstəxanalarında vətəndaşların qəbulu və müayinəsi tamamilə ödənişsizdir: "Amma bir çox xəstəliklərdən irəli gələn əməliyyatlar və ya müalicələr var ki, onlar əsasən, özəl klinikalarda reallaşdırılır və müəyyən məbləğ tələb edir. Bu səbəbdən də, vətəndaşların tibbi sığortadan istifadəsi getdikcə günümüzün tələbinə çevrilir. Ümumiyyətlə, tibbi sığorta insanların sağlamlığının "qızıl zəmanəti"dir. Çünki, insanlar üçün hər şeydən önəmli onların səhhətidir. İnsan sağlamlığında elə problemlər yarana bilər ki, o zaman ağır əməliyyatların keçirilməsi qaçılmaz olar. Məhz, sağlamlığın qorunması və insanın daim gümrah qalması üçün tibbi müayinə vacibdir. Amma, bunun digər tərəflərini də mütləq nəzərə almaq lazımdır. Əgər vətəndaşlarımız tibbi sığortadan istifadə edərsə, o zaman onların hər hansı bir instansiyaya müraciət etmədən səhhətindəki problemləri aradan qaldırmasına imkanı olacaq. Deyə bilərəm ki,  bəzi hallarda tibbi məsələlərlə bağlı müraciətlər bizə edilir. Amma bəzən də çox ağır və böyük miqdarda vəsait tələb edən əməliyyatlarla da bağlı vətəndaşların xahiş etdiklərinin şahidi oluruq. Əlbəttə ki, gücümüz çatan qədər həmin insanlara tibbi və hüquqi köməklik edirik. Lakin, böyük miqdar tələb edən əməliyyatların keçirilməsinə kömək etmək imkansız olur. Ona görə də, insanlar ya hansısa məmura, ya da xeyriyyə təşkilatlarına müraciət edirlər. Təbii ki, bu da vaxt tələb edir, bu zaman kəsiyində isə həmin xəstələrin vəziyyəti daha da pisləşir. Bu səbəbdən də, insanlar sağlamlığı ilə əlaqədar heç bir problem yaşamaq istəmirsə, tibbi sığortadan istifadə etməlidir. Qeyd edim ki, ötən il "Tibbi sığota haqqında" qanuna mühüm yeniliklər edildi. Və gələn ildən Azərbaycanda tam tətbiqi planlaşdırılır. Bununla da, 1999-cu ildən səhiyyə gündəmini zəbt edən bir problemin həll ediləcəyi güman edilir. Bu sığorta növünün tətbiqinin yalnız səhiyyə deyil, eyni zamanda, digər sektorlara o cümlədən əhalinin xərclərinin strukturuna da müsbət təsirləri var. İcbari sığortanın tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azaldılmasına səbəb olacaq. Bu sisteminin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına gətirib çıxaracaq. Eləcə də sözü gedən islahat vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və o cümlədən, az təminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq. Bir sözlə, icbari tibbi sığorta bütün vətəndaşların məcburi olaraq sığorta olunması deməkdir. Vətəndaş isə səhiyyə xidmətinə ehtiyacı olan, daha aydın desək xəstələnən zaman sığorta sənədini göstərməklə pulsuz olaraq müalicə oluna biləcək".

Millət vəkili  ölkədə sosial sahədə həyata keçirilən tədbirlərin uğurlu nəticələrindən də danışıb. Bildirib ki, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir: "Təsadüfi deyildir ki, seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Cənab İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Bu ilin fevral ayının sonlarında imzalanan Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Həmçinin bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu. Dövlətimizin başçısı tərəfindən imzalanan daha bir Fərmanla isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyi təmin olundu. Dövlət başçısı son bir neçə ayda imzaladığı sosialyönümlü Sərəncam və fərmanlara aprelin 15-də daha birini də əlavə etdi. Fərmana görə, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin 80 manat məbləğində təqaüdü təsis olundu. Göründüyü kimi, son bir ildə sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır". Sədaqət Vəliyeva bütün bu uğurlara düzgün idarəçilik və iqtidar-xalq birliyi nəticəsində nail olunur. Millət vəkilinin sözlərinə görə, dövlət başçısının fəaliyyətinin əsas ana xəttini xalqın rifah halınınb yaxşılaşdırılması təşkil etdiyindən, cəmiyyət də öz növbəsində bu siyasətə davamlı olaraq dəstək nümayiş etdirir: "Son bir ildə Prezident İlham Əliyev tərəfindən görülən işlər, ölkəmizin davamlı inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar göstərdi ki, ötən il aprelin 11-də keçirilən seçkilərdə Azərbaycan xalqının seçimi onun daha parlaq gələcəyini təmin edib. Ötən bir il Azərbaycan xalqının öz seçimində yanılmadığını, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha sübut etdi. Məhz, cənab İlham Əliyevin cari prezidentlik dövrünün ilk ili ərzində də Azərbaycan öz dinamik inkişafını təmin edib və xalqımız əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb. Lakin o da qeyd edilməlidir ki, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faizinin səsini toplayaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illərdə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə nail olub. Elə bu səbəbdən də, xalqımız ötən müddətdə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ən yüksək qiymətini verdi. Təsadüfi deyil ki, Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son bir ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlətimizin başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev xalq ilə daim təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR