İnsanlarımıza niyə psixoloji yardım göstərə bilmirik?

Dünyada baş verən iqlim dəyişkənliyi, ekoloji problemlər və təbii fəlakətlər insanların psixologiyasına mənfi təsiri ilə müşayət olunmaqdadır. Etiraf edilməlidir ki, sözgedən təsirlər Azərbaycandan da yan keçməyib. Üstəlik Azərbaycanın müharibə şəraitində yaşaması, işğalçı Ermənistanın törətdiyi faciələr, işgəncə və siyqırımı kimi amillər cəmiyyətdə, xüsusən azyaşlı uşqlarda aqressivlik, qeyri-insani fərtarın formalaşmasına şərait yaradıb. Elə bu səbədən ölkədə "Psixoloji yaddım haqqında" qanun qəbul olunub. Lakin indiyə qdər bu qanunun tətbiqində bir sıra problemlər yaşanmaqdadır. Xatırladaq ki, "Psixoloji yaddım haqqında" qanun 2018-ci ilin 7 dekabr tarixində qəbul olunub. Bu ilin yanvar ayının 25-də isə ölkə prezidenti cənab İlham Əliyev adıçəkilən qanunun tətbiqi barədə fərman imzalayıb. Həmin fərmanda ölkə prezidenti Nazirlər Kabinetinə tapşırıb ki, qanunun icrasının təmin edilməsi məqsədilə üç ay müddətində lazım olan normativ-hüquqi sənədləri hazırlayıb, təqdim etsinlər. Burada da psixoloqlara olan tələblər, psixoloqların sertifikasiyası, psixoloqların attestasiyası qaydaları, psixoloji xidmətin növləri və formaları necə göstərilməli, psixoloji fəaliyyətə, psixoloqluqla bağlı fəaliyyətə kim icazə verməli, onları kim yoxlamalıdır və sair məsələlərdən söhbət gedir. Eyni zamanda, fərmanda tam qüvvəsi ilə işləyəcəyi zaman qanunun tələblərinin, müddəalarının pozulması ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi öz əksini tapıb. Yəni bunlarla bağlı hökumətə tapşırıq verilib ki, üç ay müddətində lazımi sənədləri hazırlasınlar və bu sənədi digər normativ-hüquqi aktlara, digər qanunlara uyğunlaşdırsınlar.Artıq aprelin 25-də prezidentin həmin fərmanda verdiyi müddət başa çatır. Həmin müddətə kimi  Nazirlər Kabineti müvafiq sənədləri hazırlayıb, dövlət başçısına təqdim etməlidir. Bununla da yalnız ali təhsilli, müvafiq sertifikasiyadan keçən, müvafiq sənədləri, icazəsi və psixoloji xidmət göstərmək üçün yerləri - kabinetləri olan şəxslər psixoloji yardımla, psixoloqluq fəaliyyəti ilə məşğul ola biləcəklər. Təbii ki, qanun tam işlək vəziyyətə düşəndən sonra onun müddəalarının pozulması ilə əlaqədar, yəni, icazəsi olmadan fəaliyyət göstərən şəxslərə, yaxud psixoloji yardım göstərilməyən və bundan imtina edilən hallarda hansı qaydada cərimə tədbirləri nəzərdə tutulacaqsa, onlar da icra olunacaq. Ümumiyyətlə, qanunda tam açıq şəkildə göstərilir ki, dövlət səhiyyə müəssisələrində, dövlət təhsil ocaqlarında və bir sıra digər dövlət qurumlarında psixoloji yardımlar pulsuzdur. Özəl sektorda isə psixoloji yardım pulludur. Eyni zamanda, bir kateqoriyadan olan insanlar var ki, onlara psixoloji yardım bütün hallarda pulsuz göstərilməlidir. Maraqlıdır, sözügedən qanunda nələr nəzərdə tutulub?

Hüquqşünas Alim Hüseynli bildirib ki, "Psixoloji yardım haqqında" qanun psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, təşkilati hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə şamil edilir: "Qanunvericilikdə psixoloji yardım sahəsində dövlətin vəzifələri müəyyən edilib. Belə ki, dövlət psixoloji problemlərinin yaranması riski yüksək olan əhali qrupları arasında mürəkkəb psixoloji vəziyyətlərin və onların nəticələrinin profilaktikası və aradan qaldırılması; Azərbaycan Respublikası əhalisinin psixoloji rifahını təmin edən və həyat keyfiyyətlərini yüksəldən şəraitin yaradılması; psixi sağlamlığın profilaktikası, psixi inkişafın optimallaşdırılması, adaptasiya, şəxsin cəmiyyətə inteqrasiyası və reabilitasiyanın dəstəklənməsi; psixoloji yardım göstərən mütəxəssislərin hazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsi; psixoloji yardım sahəsində dövlət orqanlarının, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi; psixoloji konsultasiya və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, o cümlədən sosial reklam çarxlarının hazırlanması və yayımlanması, qaynar xəttin təşkili; psixoloji yardım sahəsində nəzarətin həyata keçirilməsi kimi işləri həyata keçirməlidir".

Onun sözlərinə görə, "Psixoloji yardım haqqında" qanuna əsasən Azərbaycan Respublikasında təhsilin bütün pillə və səviyyələrində sağlam psixoloji mühiti, fərdi inkişafı və təhsil alanların psixoloji tələbatlarını təmin etmək məqsədilə psixoloji yardım göstərilməsinə təminat verilir. Belə ki, təhsil müəssisələrində psixoloji müayinə təhsilalanın ehtiyaclarını müəyyənləşdirmək məqsədilə aparılır və onun maraqları ilə ziddiyyət təşkil edə bilməz: "Psixoloji müayinə təhlükəsizliyi və konfidensiallığı təmin edən şəraitdə həyata keçirilməlidir. Hətta təhsil müəssisələrində aparılmış psixoloji müayinənin nəticələri barədə müayinə olunan şəxsin özünə və (və ya) onun qanuni nümayəndəsinə, bilavasitə tədrisi həyata keçirən müəllimə konfedesionllıq qorunmaq şərtilə məlumat verilməlidir.Təhsil müəssisəsinin rəhbərinə 14 yaşına çatmamış şəxslər barəsində yalnız qanuni nümayəndənin, 14 yaşı tamam olmuş şəxslər barəsində isə özünün razılığı olduqda məlumat verilə bilər. Psixoloji müayinənin nəticələri təhsilalanın valideynləri və ya digər qanuni nümayəndələri ilə müzakirə olunmalıdır və psixoloji yardımın digər növlərinin tətbiqinə ehtiyac yarandıqda valideynlərin və ya digər qanuni nümayəndələrinin razılığı olmadan psixoloji yardımın göstərilməlidir."Təhsil müəssisələrində psixoloji yardım göstərilməsi ilə bağlı bilavasitə tədrisi həyata keçirən müəllimi (müəllimləri), təhsil müəssisəsinin rəhbəri, valideynlər və digər qanuni nümayəndələr ilə əməkdaşlıq etməli, ehtiyac olduqda onlara peşəkar məsləhətlər verməlidir.Təhsilalanın psixoloji ehtiyacları və problemləri haqqında valideynləri məlumatlandırmalı və onlara məsləhət verməli, ehtiyac olduqda onlar üçün profilaktik psixoloji tədbirlər təşkil etməlidir".

Hüquqşünas xatırladıb ki, 14 yaşına çatmamış şəxslərə valideynlərin və ya digər qanuni nümayəndələrinin razılığı olmadan psixoloji yardımın göstərilməsinə aşağıdakı hallarda yol verilir: valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən 14 yaşına çatmamış şəxsə münasibətdə qəddar rəftar, fiziki, psixoloji və seksual zorakılıq faktları aşkar edildikdə; 14 yaşına çatmamış şəxs sosial təhlükəli vəziyyətdə olduqda;14 yaşına çatmamış şəxs fövqəladə hadisələrlə üzləşdikdə; 14 yaşına çatmamış şəxs psixoloji yardım almaq üçün telefon, internet və digər texniki vasitələrindən istifadə edərək anonim müraciət etdikdə; yaşına çatmamış şəxs cinayətin şahidi olduqda və ya cinayətin törədilməsindən zərər çəkdikdə: "Onu da qeyd edək ki, mülkiyyət növündən asılı olmayaraq səhiyyə müəssisəsində psixoloji yardımın klinik (tibbi) psixoloqlar tərəfindən həyata keçirilir. Klinik psixoloqların fəaliyyət dairəsinə psixopatologiya, inkişaf psixologiyası, neyropsixologiya, davranış psixologiyasının əsasları, sağlamlıq psixologiyası və psixoterapiya daxildir. Klinik (tibbi) psixoloqlar səhiyyə müəssisələrində psixoloji yardım göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almalıdırlar".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR