Bakı Biznes Universitetində tədbir keçirilib

Bakı Biznes Universitetində  koordinatoru olduğu və Avropa Komissiyası  tərəfindən maliyyələşdirilən "Azərbaycan Universitetlərində  Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" adlı layihənin 2 günlük  toplantısı  öz işinə başlamışdır. Toplantıda Azərbaycan Respublikası Təhsil Nazirliyinin,  Avropa Komissiyasının, Milli Erasmus+ Ofisinin və layihənin tərəfdaşları olan 10 Azərbaycan  ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdir. Toplantının 1-ci günündə layihənin tərəfdaş universistetləri tərəfindən görülən işlər barəsində təqdimatlar keçirilmiş, Azərbaycan Universitetlərində  Keyfiyyət İdarəetmə Sisteminin tətbiq edilməsində qarşıya çıxan çətinliklər və Keyfiyyət Təminatı Mərkəzlərinin iş planlarının "Avropa Ali Təhsil Məkanında Keyfiyyət  Təminatı üzrə Standartlar və Qaydalar"a  uyğunlaşdırılmasındakı mövcud problemlər  və görüləcək işlər haqqında ətraflı müzakirələr aparılmışdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR