Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 24-də Ağcabədi, Tərtər, Ağdam, Laçın və Füzuli rayonlarının sakinlərini qəbul edəcək. Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, qəbul Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında (Ağcabədi şəhəri, H.Əliyev pr, 213A) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR