Rektor tələbələrlə görüşüb

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) IV kurs tələbələri aprelin 15-dən mayın 25-dək Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 6 həftə ərzində istehsalat təcrübəsi keçəcəklər. "OLAYLAR"-a təhsil ocağından daxil olan məlumata görə, istehsalat təcrübəsi keçən tələbələrlə təşkil olunan görüşdə Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarından bəhs edib və dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb. C.Məmmədov istehsalat təcrübəsinin tələbələrin həyatında mühüm və məsuliyyətli bir mərhələ olduğunu nəzərə çatdırıb.

Karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını söyləyən rektor hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulayıb.

Tələbələrə uğurlar arzulayan rektor təcrübə müddətində məsuliyyətli olmağı və yaradılan şəraitdən səmərəli faydalanmağı tövsiyə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR