“Kreativ mühafizəkarlar” - Məktəblərarası viktorina 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "Kreativ mühafizəkarlar" adlı məktəblərarası viktorina keçirilib.

Olaylar.az bildirir ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan viktorina Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Viktorinanın aparıcısı Ləman Musayeva iştirakçıları qaydalarla tanış edib. Bildirib ki, viktorinada Bakı şəhəri Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin "Turan" klubu, Xətai rayonu 17 nömrəli tam orta məktəbin "Mübariz" klubu və akademik Zərifə Əliyeva adına liseyin "Tarixi-aləmarayi" klubunun üzvləri iştirak ediblər. 

Ləman Musayeva bildirib ki, viktorinanın məqsədi məktəb-muzey inteqrasiyasını genişləndirmək, şagirdlərin tariximizə, irsimizə, maddi-mədəniyyət abidələrimizə olan diqqət və qayğısını artırmaqdır. Həmçinin Vətənimizin tarixi incilərini məktəblilərə əyani şəkildə nümayiş etdirməklə, ona olan heyranlıq və sevgini təmin etməkdir. Viktorina dövlət təhsil proqramına və muzey nəşrləri ilə muzey ekspozisiyasına əsaslanır. Eyni zamanda, elmin populyarlığına xidmət edən bu tədbir maarifləndirici, əyləndirici və milli irsimizin təbliğatı xarakterini daşıyır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR