Rektor Volqa Texnologiya Universitetinin dosentini sertifikatla təltif etdi

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla universitetdə "Peşəkar Tərcümənin Əsasları" adlı üç günlük təlim keçən Volqa Texnologiya Universitetinin dosenti, Paris Sorbona Dilçilik Universitetinin doktoru, Sorbona Dilçilik Mərkəzinin üzvü Tatiana Smirnova-Coteti ADU-nun rəsmi sertifikatı ilə təltif edib.

Olaylar.az bildirir ki, Dil və Tərcümə Xidmətləri Mərkəzinin təşkilatçılığı ilə tərcümə sahəsində silsilə təlimlər çərçivəsində baş tutan təlimdə iştirakçılar peşəkar sahədə biliklərini artırmaqla yanaşı, tərcümə işində yazılı tərcümə və onun xüsusiyyətləri ilə tanış olublar. Nəzəri hissələrin sonunda təlim sessiyaları keçirilməklə audio-vizual tərcümə və reklamın tərcüməsini də yaxından mənimsəyiblər.

Təlimə ümumilikdə 70 nəfərdən artıq iştirakçı qoşulub.

Sonda iştirakçılara sertifikatlar verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR