Rusiyadakı ermənilərin bizə də barmağı uzandı

Bu ölkədə "Olaylar.az" saytının girişinə yasaq qoyulub

Rusiya Federasiyasının Amur Vilayətinin Arxarinski rayon Məhkəməsi "Olaylar.az" saytının girişinə qadağa qoyulması ilə bağlı qərar qəbul edib. "Olaylar" xəbər verir ki, sözügedən qərar artıq qüvvədədir və adıçəkilən ölkədə "Olaylar.az" saytına giriş məhdudlaşdırılıb. Qərarda göstərilib ki, guya "Olaylar.az" kütləvi informasiya vasitələri haqqında qanunu pozub. Məsələ orasındadır ki, qərar qarşı tərəfə xəbərdarlıq edilmədən, "Olaylar"ın nümayəndəsinin iştirakı olmadan çıxarılıb. "Olaylar.az"da hesab olunur ki, Rusiya məhkəməsinin belə bir qərar çıxarmasına səbəb son vaxtlar saytda Ermənistan və Rusiya müttəfiqüliyi barədə dərc olunan silsilə yazılardır: "Düşünürük ki, Rusiyadakı ermənilərin səyi nəticəsində belə bir ədalətsiz qərarın çıxarılmasına nail olunub".   

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR