Ombudsman maarifləndirmə tədbirlərini davam etdirir

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) kimi fəaliyyəti çərçivəsində hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələri, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıq əlaqələri üzrə hüquqi biliklərin artırılması məqsədini daşıyan tədbirlər davam etdirilir. "Olaylar" xəbər verir ki, növbəti tədris "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində həyata keçirilən başçəkmələr: milli və beynəlxalq təcrübə kontekstində" mövzusunda olmuş və mühazirə Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə tərəfindən Ədliyyə Nazirliyinin  Penitensiar Xidmətinin orta rəis heyətinə qulluğa qəbul olunacaq şəxslərə ünvanlanmışdır. BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Ombudsmanının MPM funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən başçəkmələr, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar milli, xarici ölkə və beynəlxalq təşkilatların təcrübəsindən misallar gətirməklə dinləyicilərin diqqətinə çatdırılmışdır. Avropa Penitensiar Qaydalarının, habelə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sənədi olan, pis rəftar növlərinin və cəzaların tətbiqinin effektiv tədqiq edilməsi ilə bağlı "İstanbul Protokolu", SPT tövsiyələri və CPT-nin ümumi məruzələrində yer almış standartların, eləcə də əlaqəli şəkildə milli qanunvericilik aktlarının konkret müddəaları üzrə məlumatlar tədris olunmuşdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR