Deputatlarımız Ukraynadakı seçkiləri izləyəcəklər

Milli Məclisin deputatları  Naqif Həmzəyev  və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərinin 2-ci mərhələsini izləmək üçün aprelin 19-da  Kiyev şəhərinə  səfərə gedəcəklər."Olaylar" MM-ə istinadən xəbər verir ki, Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq. Azərbaycan-Ukrayna  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə  MM-in xətti ilə prosesi müşahidə edəcək. Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər. Səfər aprelin 22-də başa çatacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR