NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru Hərbi Akademiyada olub

Ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yan Broeks öncə şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyub. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasında olan fəxri qonaq bir sıra görüşlər keçirib. General-leytenant Y.Broeks şəxsi heyət qarşısında NATO-nun layihə və proqramları, NATO-Azərbaycan əməkdaşlığının istiqamətləri mövzusunda çıxış edib və görüş iştirakçılarının suallarını cavablandırıb.

Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirən NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru, sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın tədbirlərində Azərbaycan hərbçilərinin fəal iştirakını və hərbi qulluqçularımızın hazırlığını xüsusi vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR