Bu gündən çıxarışlar elektron şəkildə veriləcək

Prezident İlham Əliyevin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanununun tətbiqi haqqında imzaladığı Fərmanın icrası olaraq aprelin 18-dən çıxarışların elektron şəkildə verilməsi prosesinə başlanılıb. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, bununla da kağız çıxarış dövrünə son qoyulur. Qanuna edilmiş dəyişikliyin də əsas məqsədi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır. Elektron çıxarışın tətbiqi ölkə rəhbəri tərəfindən aparılan elektron hökumət quruculuğuna töhfə olacaq. Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır. Elektron çıxarışın tətbiqi vətəndaşların qeydiyyata olan marağını artırmaqla ölkədə leqal əmlakların sayını artıracaq.

Elektron çıxarış tam hüquqi qüvvəyə malikdir, fərdi identifikasiya kodu ilə keçərli olacaq. Əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar 1,3,7,10 iş günündə elektron qaydada hazırlanacaq. Ölkədə çıxarışların elektron müstəvidə verilməsi beynəlxalq maliyyə institutları və təşkilatların, o cümlədən Doing Business reytinqində Azərbaycanın mövqeyini daha da gücləndirəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR