Vətəndaşlar nazirə daha çox hansı problemlə bağlı müraciət etdi?

Gənclər və idman  naziri  Azad  Rəhimov  Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli   rayonlarından  olan vətəndaşları  qəbul  edib. "OLAYLAR"-a nazirliyin mətbuat katibliyindən bildirilib ki,  qəbulda  19  nəfər  vətəndaş  iştirak  edib.

Müraciətlər gənclər və idman sahələri,  "Gənclər evi"nin fəaliyyəti,  Olimpiya  İdman  Komplekslərinin, eyni  zamanda,  digər  idman  qurğularının  tikintisi  və  təmiri,  idman  avadanlığının  verilməsi ilə bağlı olub. Bunula yanaşı, vətəndaşlar şəxsi məsələ,   fəxri adların və məşqçilik dərəcələrinin verilməsi  ilə bağlı  da müraciət ediblər.

Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edilib, nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti   üzrə  göndəriləcəyi  bildirilib, bir  qismi  isə  baxılması  üçün  icraya  yönəldilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR