Nəsimi rayonunda “ Nəsimi ili” münasibəti ilə tədbirlərə start verildi

"Nəsimi ili" ilə əlaqədar Nəsimi  Rayon İcra Hakimiyyətində  "Məndə sığar iki cahan..." adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Rayon İcra hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov bildirmişdir ki,  şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Şairin əsərləri Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin " Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərənacamına əsasən kütləvi tirajla nəşr olunmuşdur. 1979-cu ildə Bakı şəhərinin Nəsimi rayonunda Nəsiminin heykəli ucaldılmışdır. Tədbirdə çıxış edən Azərbaycan Dövlət  Pedaqoji Universitetinin Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasının professoru Yaqub Babayev dahi şair Nəsiminin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat vermiş, şairin qəzəllərindəki fəlsəfi fikirlərdən nümunələrlə tədbir iştirakçılarını tanış etmişdir. Tədbirin sonunda Universitetin xor kollektivinin ifasında ifa olunan mahnı iştirakçılar tərəfindən çoşqu ilə qarşılanmışdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Nəsimi ili" elan edilməsi haqqında Sərəncamlarının icrası ilə əlaqədar  Nəsimi Rayon İcra Hakimiyyəti  Başçısının  müvafiq  Sərəncamı ilə  tədbirlər planı təsdiq edilib. Tədbirlər planında istedadlı gənclər arasında Nəsimi qəzəllərindən ibarət " Nəsimi" müsabiqəsinin, gənc musiqiçilərin iştirakı ilə Nəsiminin qəzəllərini ifa etməklə "Muğam"  müsabiqəsinin keçirilməsi,  rəsm əsərləri,  ən yaxşı ədəbi-bədii kompozisiyalar və referatların hazırlanması üçün müsabiqə elan edilmiş və ilin sonunadək keçiriləcək tədbirlərdə qaliblərin müəyyənləşdirilməsi nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR