"Mən Şuşaya getmək istəyirəm... "

Əməkdar jurnalist, mətbuatımızın tanınmış simalarından olan Flora Xəlilzadəni  təqdim etməyə ehtiyac  yoxdur.Flora xanımla ünsiyyətdə olmağın özü bir xoşbəxtlikdir.

Peşəkar jurnalist, peşəkar publisist ,səmimi, sadə, təvəzökar təmənnasız  insan! Öz qanadları  ilə  uçmaga çalışan xanım.  Bəzən o qanadları  qırmaga  çalışanlar da olub,  tutdugu   zirvəni  zəbt edənlər  də. Amma  qartal yüksəklikdən  qorxmaz, çünki o   zirvəyə  deyil, qanadlarına  güvənir. Flora  xanım da  "zirvələrə","zirvələrdəkilərə"  deyil, öz  "silahına"    "cörək  agacına", qələminə,  saf ruhuna, zəngin  mənəviyyatına  güvənib, sıgınıb.  Həyat ona   amansızlıq da , haqsızlıq da  edib. Amma  o  qələminə  haqsızlıq,  amansızlıq,  xəyanət etməyib. Kiməsə boyun əyməyib, kiməsə  agız  açmayıb, kiməsə  görə nəyəsə  nail olmaga   çalışmayıb.

Əgər kimlərəsə  görə nəyəsə  nail olmaga  çalışsaydı  nazir   belə ola bilərdi... amma  o Flora  Xəlilzadədir, adı  özünə,özü   adına, xarakteri  isə həsəd aparılan, həsəd  çəkilən Xəlilzadə!Dəyərlilərin  qədrini  dəyərlilər bilər.   O  üzdən də  Azərbaycan  mətbuatında, ədəbiyyatında,  mədəniyyət   sahəsində özünü  təsdiqləmiş, işıqlı , dəyərli insanları  öz qələmi  ilə  daha da  işıqlandırıb.   Şəxsiyyətinə və imzasına böyük hörmət bəslədiyim, publisistik yazılarını, şeirlərini  həvəslə oxuduğum  və  ruhuma  yaxın bildiyim   ziyalı xanım. 

Söz müqəddəsdir , onu müqəddəsləşdirən  də  söz qədrini-qiymətini bilən insanlardır. Sözü  müqəddəsləşdirən,   öz ucalıgı ilə daha  da ucaldan   Flora xanımla  maraqlı   müsahibəmiz .

-Flora xanım yubiley iliniz  necə keçdi,özünüzü necə hiss edirsiniz?

-Özümü yazıq hiss edirəm.Ona görə ki, əgər mən bu gün , bu yaşımda öz yurduma gedə bilmirəmsə,uşaqlığımın keçdiyi yerləri dolaşıb nəfəs ala bilmirəmsə, anamın ruhu gəzən yerlərdə ola bilmirəmsə,onun son vəsiyyətini yerinə yetirə bilmirəmsə,deyirdi ki "yollar açılsa, bir ovuc torpaq gətirərsən bağımızdakı qızılgülün dibindən, mənim qəbrimə tökərsən" mən bunu edə bilmirəmsə, mən özümü necə yaxşı hiss edərəm? Yalan danışa bilmərəm, özümü yazıq hiss edirəm...

-Əslində Flora xanımdan belə  söz eşitmək mənim üçün ağır oldu. Yazıqmı, acizmi, cəsarətsizmi?

-Özümü nə cəsarətsiz hiss edirəm nə də aciz. Acizlik də, cəsarətsizlik də məni uğura,qələbəyə  yox, yanmağa aparar.  Mən torpaq  ala bilmərəm ki,dumanlı yolların dumanının yox olmağına nail ola bilmərəm ki.

-Yəni, özünüzdən   asılı olmayan   durumların "yazıgı" olmusunuz?

-Bəli, mənim üç  şeir kitabım var, şeirlərim yadımda qalmayıb. Amma  bayatı formasında  bir şeirim  var ki, dilimin  əzbəridir,mən onu tez- tez işlədirəm.

Quş da məndən vəfalı,

Daş da məndən vəfalı,

İldə bir yol Vətəndə,

Qış da məndən vəfalı.

Daş, quş məndən vəfalıdırsa, mən niyə aciz olmayım ki...

-Bir şerinizdə, deyirsiniz...

Əlimlə qursam da yüz qızıl taxtı, 

Gərək tale verə o qızıl baxtı. 

Yaşın bu məqamı, yaşın bu vaxtı, 

Xatirələr yorur məni, neyləyim?! 

Ömrü boyu xəyalımla talanan, 

"Ah"larımla, amanımla dolanan, 

Ürəyimə, gözlərimə qalanan, 

Xatirələr yorur məni, neyləyim?! 

Çoxlarının həsəd apardığı, xəyal  etdiyi ucalıqda olan  Flora Xəlilzadənin  "kaşki", dediyi,  təəssüfləndiyi  anlar çoxmu olub?

-Mən dəfələrlə etiraf eləmişəm,söz məndən yuxarıda dayanır. Ömrümü söz uğrunda girov qoydum. Sözə bağlandım. Söz mənim üçün çox əziz oldu və sözün qarşısında xəcalətli qalmadım. Yəni onun şərəfini qoruya bildim. Sözümü hər ünvana yürütmədim. Mən sevmirəm ki, sözüm yerə düşə. Ona görə   bəzən lazımlı, vacib bildiyim  məqamlarda   belə agız   açmıram. Belə olanda özümü ölmüş hesab edirəm.  Çünki yerə düşən  çörəyi  də, quranı da götürüb baş  üstə,ən uca  yerə qoymaq  olar,  amma söz  yerə düşdüsə... Allah  göstərməsin! O  üzdən də   sözün qarşısında borclu deyiləm. Mən sadəcə doğulduğum Vətənin qarşısında borclu qaldım. O da məndən asılı olmayan səbəblərdi. Əlimə qələm almağı bacardığım gündən, qələmimə sadiq olmuşam.  Çalışmışam ki, bu  millətin, bu xalqın  yüksəkliyində dayanan  insanları işıqlandırım,  axtarım, tapım, yazım , çünki onların   bu xalqın, bu millətin  kökündə rolu var,  xidməti var, xüsusilə  də  yiyəsizləri,  unudulanları  daha çox  axtarmışam, fikirləşmişəm. Mən torpaq, millət  aşiqiyəm. Bunu dərk edə bildiyim , anladıgım gündən ,mənim düşmənim mənə "türkes" deyirdi. Mən bilirdim ki, mən türkəm. Mən  görürdüm ki,  anam o vaxtlar  radionun zəif səsində  Türkiyə kanalına qulaq asır. Biz bu ruhda böyümüşdük. Biz Türkük, mən türklüyümlə fəxr edirəm. Ermənilərin      "anası "var, şairə   Silva Kaputikyan o deyirdi ki,   "hər bir  erməni  ömründə bir türk öldürmürsə, o bizdən deyil". Ermənilər  uşaqlarını "türk gəldi"   deyə qorxudur, türk  vahiməsi yaradırdılar  körpəlikdən . Amma  biz nə edirdik,  uşaqlarımızı  "xoxanla" "şeytanla" qorxudurduq,  yatırırdıq.   Bizim xalqın, millətin  təbiətində   humanistlik var. Biz  erməniləri hər zaman bizə  xidmət edən,divarımızı  hörən, usta,  dəmirçi, qapımızda işləyən görmüşük. Ermənilər  lider  bildikləri qulagı  kəsilmiş Andranik Ozanyanın qisasını   içki  içib kəndin uzunqulaqlarından  alırdılar.  Kənddə   bir neçə  eşşəyin  qulagını kəsmişdilər.

Mən qədim Türk torpağı olan Zəngəzurun ,keçmiş adı   Sisyan adlandırılan rayonun  Urud  kəndində doğulmuşam.  Bizim kənddə  erməni olmayıb. Amma nə  vaxt kəndə  erməni gəlsəydi , o  gedəndən sonra  az qala yolları da silib -süpürürdülər ki, murdarçılıq gəlib.

Bacım mədəniyyət işçisi idi, kitabxana  müdürü idi, onun qonaqları olardı həmişə, hərdən erməni  qadınları da gələrdi.  Onlar gedəndə bir də görürdük ki, nənəm bir vedrə kül aparar,darvazaya onların  əli dəyən yerləri   küllə   təmizləyərdi. Yəni mən gözümü açıb bilirdim ki, ermənilər murdardı.  Biz ordan oxumağa gəlirdik , amma biz yurda dönürdük, sevirdik oranı, ora bizim  ata-baba yurdumuz, göz   açdıgımız  torpaq idi.Mənim yadımdadı 1986-cı ildə Ermənistanda nazik praşuralar çıxırdı, insanları birləşdirməyə çağırırdı türkə, bizə  qarşı. Bu  praşuralar bizim əlimizə keçdi, mənim həyat  yoldaşım erməni dilini  yaxşı  bilirdi tərcümə elədi. Kamran Bağırovun vaxtı idi,  getdi Mərkəzi Komitəyə desin  ki, təbliğat gedir,  belə hadisələr baş verir. Orda gülüşüblərki, nə danışırsan, ola bilməz.  Bu faktı  deməliyəm ki, biləsəiniz. Yəni  erməni   hiyləgərliyi   hər zaman olub.

Ermənistanda neft yox, sərvət yox amma yolları o qədər  gözəl idi. Mən Bakıya  gələndə  yollara baxırdım, görürdüm , müşahidə edirdim,bizim sərhədə keçəndə isə, nə gündə idi yollar. Mən bir yazı yazdım o vaxt. "Qonşu qonşuya baxmır",  yazı "Ədəbiyyat" qəzetində çıxdı, məni televiziyaya  dəvət  etdilər mən yazını orda  da  dedim. Başıma  nə oyunlar gəldi o vaxt.  Xalq  şairimiz N. Həsənzadə  də  şahiddi . Mirzə Çəlilin başına gələn hadisənı  xatırladım . Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalını Bakıda çıxaranda bir karikatura çəkib. Azərbaycanı inək şəklində təsəvvür edib, birinin əlində stəkan, birinin əlində qəfədan, birinin əlində qazan  inəyi  sağmağa gedirlər.  Mirzə Cəlili Mərkəzi komitəyə çağırıblar ki, bu nədi çəkmisən.  Deyib "Əgər azərbaycanlı  Azərbaycandan çıxan nefti qonşu ölkədən alırsa, mən neynəməliydim? " onunla da jurnal bağlandı . Cəlil Məmmədquluzadəni  içərdən əritdilər ,o , xəstəlikdən , xiffətindən 1932-ci ildə dünyasını dəyişdi.

Qarabağ hadisələri başlamamışdan əvvəl ,o hadisələr Qərbi Azərbaycanda başladı. Azərbaycana  qarşı  təxribatlar hazırlayırdılar.Onlar kağız yazmışdılar, bir-bir düşürdülər qapılara deyirdilər bura qol çək ki, Qarabağ Ermənistan torpağıdı. Onlar da çəkmirdilər bunun üstündə onlar millətin başına oyun açdılar. Həqiqətin kökünü  demək lazımdır.  Bunlar uzaq  olmayan  tarixin  faktlardır.

-"Yadigarlar" proqramı hazırladınız. Bu verilişi  Sizin  kitabınızın  elektron versiyası  da  adlandırmaq olarmı?

-Tamamilə doğru dediniz. Verilişin  layihə rəhbəriyəm, veriliş mənim şəxsi təşəbbüsümlə olub. Orda mən belə bir söz demişdim ki, "İndiyə qədər yazdıqlarıma ekran həyatı verirəm." Çünki mən uzun illər mətbuatda çalışdım, məni müəyyən dairələr oxudu. Amma hamı tanımadı, bilmədi.  Amma bir neçə   ay idi televiziyada çalışırdım, avtobusda uşaq gördüm  anasına deyirdi ki, ana televiziyada gördüyümüz xaladı  dur, mənə deyirdi əyləş.     "Min il köhlən atı çapdım , yarı mənzil qət etmədim",    bu fikri  mən tez-tez işlədirəm.  İki gün idi  televiziyaya çıxmışdım ,artıq məni tanıyırdılar. Yəni televiziya ,  efir  tanınmaq üçün, tanıtdırmaq  üçün ,  eşitdirmək üçün  gözəl vasitədir.  Mənim 1990-cı illərdə "Gənclik" jurnalında yazım çıxmışdı.  Yazı  Flora Kərimovaya  həsr  edilmişdi. "Nə xoşbəxt idim bir zaman Allah" mənim adımı da ,gözəl görünsün deyə qara lövhənin içində vermişdilər. Metroda  yanımda  oturan bir qız gördüm  oxuyur və  yanındakına deyir ki, mən bu müəllifi çox sevirdim, heyif ölüb. Mən də döndüm dedim ki, ölüb -ölüb də Allah rəhmət eləsin. Qız mənə əsəbi şəkildə dedi ki, niyə  elə deyirsiniz, niyə ölsün. Demədim ki, o mənəm,yəni tanınmırdım üzdən. Televiziyanın ən böyük rolu məni üzdən  tanıtdı.

-Niyə əvvəllər ekrana, televiziyaya müraciət etmirdiniz?

-Mən ümumiyyətlə ,efirlərdə həmişə qonaq olmuşam və qəzetə bağlı adam olmuşam. Qəzetdə işlədiyim illər bu gün qolumdan tutur. Mən redəktə ilə danışıram. Qəzetçilik çox çətin amma şərəfli işdir. Ondan sonra bir yerdə işləməliydim və düşündüm ki, ekran həyatına gətirim bunları. Məncə pis olmadı.

- Övladlarınız görmək  istədiyiniz  yerdədir?

-Böyük oğlumu həkim görmək istəyirdm, sonra dedim   ay ogul  hüquqşünas ol, bir də gördüm oğlum girib jurnalistikaya. Jurnalistikanın bütün pillələrini keçdi. İkinci oğlumun , mənimlə  birgə veriliş aparan Bəhruz  Niftəliyevin bir  sözü var , hər zaman deyir "bizim məktəbimiz, təhsilimiz  evdən başladı". Bu gün də veriliş aparır, deyir mən hər verilişdə bir  Akademiya bitirirəm. Bu sahənin  çətinliklərini bilirəm ,balalarımın bu çətinliklərdə olmasını istəmzdəm ,  onların mühiti onları bu sahəyə gətirdi. Amma sevinirəm ki, hər ikisi öz sözünü deyə bildi. Fəxr edirəm mən onlarla.  Hətta   kiçik nəvəmə  bir dəfə soruşdum ki, nənə  qurban  böyüyəndə nə olacaqsan,   dedi ki,  mən də  sənin kimi   jurnalist olacam. Dedim  yox, sən olma. Elə  agladı ki, yox olacam   öz  də, verliş  aparacam.

-Flora Xəlilzadənin    üzünə "qapılar"  asan açılıb ?

-Heç qapı döyməmişəm, heç marağım da olmayıb. İnsanlar yaxşı və pis mənada öz xarakterinin qurbanıdır. Mədəniyyət  Nazirliyinin xətti  ilə  xarici ölkələrə  mədəniyyət  günləri ilə  baglı  tez-tez səfərlərə  gedirdik. Bir dəfə   dedilər  ki, Səudiyyə Ərəbistanına   gedəcəyik, sevindim ki,  Məkkəni  Umrə ziyarəti  edərəm. Mən   Peygəmbərin mədhi ilə  baglı    əsər  yazmışdım. 1994-cü ildə  Türk  dilli  dövlətlər  arasında  keçirilən  müsabiqədə   yer  almışdım. Orda  yazmışdım ki, "Ayagın  dəyən yerlərə başımı  qoya biləydim".  Çox istəyirdim ki,  ora gedim. Amma  alınmadı ,bacım  agır xəstə   idi.  Hüzr yerində ordan  sohbət düşdü, mən  təəssüflə  danışdım ki,  gedəcəkdik , gedə bilmədik. Uşaqlıq  dostum- yaxınım vardı  orda  o söhbəti eşitmişdi.  Üzərindən bir  il keçmişdi,   bir  gün mənə dedi ki  Məkkəyə  getmək istəyirsən, dedim  hə. Həmin xanımın  vasitəsiylə ,köməkliyi ilə  mən ora getdim  və bütün  səvabımı da  onun   adına yazdım. Adına   qurban da kəsdim,  dualar da  etdim.  Bax belə şeylər  olub  agız açmadan, təmənnasız   edilən yaxşılıqlar. Belə  şeylər unudulmur.  Mən ilk mükafatımı   jurnalist, qələm   adamı olaraq  1994 cü ildə Türkiyədə  aldım. 

-Arzularınıza, istəklərinizə   nail ola bilmisinizmi?

-Qələmdən başqa heç nə arzulamamışam. Bir  onu arzulamışam ki, nəsə edə bilim ətrafımdakılara. Onu  edə bilməyəndə ,bax onda sıxılıram, qırılıram .Çox istəmişəm ki, kiminsə qolundan tuta bilim ,bir istedadlıya yaşıl işıq yandıra bilim. Edə  bilməyəndə  çox pis oluram. Çünki ona səlahiyyətlərim çatmır. Özümdən "yuxarıda " olanlara  adi şeyləri başa  salanda əziyyət çəkirəm.  Nəysə... əslində bunları  dərd etməyə   dəyməz.  Vəzifə gəldi-gedərdi. Amma  söz əbədi   qalır, yaratdıqların  əbədi qalır. Məclislərə  gedərsən kimsə  qabaqda  oturar, ətrafında  firlanarlar ,zaman    keçər görərsən ki,  onun  izi-tozu qalmadı.  Amma  sən elə  həmişə öz  yerindəsən, qalırsan,  müşahidə edirsən. Mahnıda  deyildiyi  kimi,

"kimlər gəldi, kimlər  getdi bu dünyadan..."

Öz dərdini, problemini deməyi böyüklük saymıram. O, insan müdrik olur ki, o, başqasının sözünü, problemini çatdırır. Tələbə vaxtında da müdrik insanlarla dostluq etmişəm. Onlar mənə çox şey öyrədiblər. Həmişə deyirdilər ki, Flora yaşca özündən böyüklərlə oturub- durur. Mən Əzizə Cəfərzadə, Əzim Əzimzadənin qızı Zəhra Əzimzadə ilə, Sara Qədimova,Zəhra  Quliyeva  ilə dostluq edirdim. Onların hər biri mənim üçün bir  məktəb idi.  Mir Cəlal Paşayev, Nəsir   İmanquliyev  , Qulam Məmmədli  yalnız dərs  deyil ,  alilik öyrədirdilər.   İndi onları  dogru-dürüst təblig  etmirlər. Mir Cəlal Paşayevin mənəvi  aləmi o qədər   dərin idi .  İkinci kursda   oxuyanda mənə kurs işi vermişdilər, "Mir Cəlalın yaradıcıllığında imperializmin tənqidi". Getdim yanına   suallarım var idi . Dedi qızım niyə Mir Cəlal?   Çaşdım qaldım , dedi   qızım  yadında saxla Mirzə Cəlil olan yerdə, Mir Cəlal olmaz. Öz adının  üstündən  xətt çəkdi yazdı "Mirzə Cəlilin yaradıcıllığında imperializmin tənqidi". Bu o qədər  dəyərli  bir faktdır, mən bunu yaşamışam . Bu böyüklüyün, aliliyin əksidir.

İkinci  faktı deyəcəm  Nəsir İmanquliyevlə baglı. Kursda  bir qız vardı ailə vəziyyəti çox agır  idi ,təqaüd   də ala bilmirdi. Mən getdim Nəsir İmanquluyevin yanına dedi ki, ay qızım sən ona ərizə yazdır ki, ailə vəziyyətinə görə  təqaüd  ala bilsin.Mən hər ay öz maaşımdan verəcəm sinif nümayəndəsinə o, elə bilsin ki, təqaüd alır. Sinif nümayəndəsinə dedim o ,da dedi ki, biz elə öz aramızda iki manatdan yığsaq, o təqaüd düzəlir. Qıza  ərizəni yazdırdıq, hər ay öz aramızda buna  pul yıgıb təqaüd verdik.   Bunları mən yaşamışam.  İndi  elə bir müəllim varmı, görmüsünüzmü? Əzizə  Cəfərzadə hər gün  dərsə gələndə  mənə ,tələbəsinə  bir mandalen gətirirdi. Yaxud Qulu  Xəlilov   bilsəydi ki, hansısa  tələbənin vəziyyəti çətindi, mütləq ona  qiymət yazardı ki,   təqaüd ala bilsin. Bunlar  dərsdən, təhsildən  vacib olan    insanlıq, mənəviyyat  dərsləri idi.

-Anar, Vaqif Yusifli, Əzizə Cəfərzadə,  Elçin, Fikrət Qoca, Nəriman Həsənzadə və bir çoxları ...ruhən  Sizə daha yaxını  kim olub?

-Onların  hər birinə ayrı -ayrılıqda hörmətim ,məhəbbətim var. Amma uşaqlıqdan  bəhrələndiyim Məmməd Arazdır. O mənə kitab üçün avtoqraf yazanda , yazmışdı ki, "özünün gözəl poetik aləmi olan balama... ".    Mən Yazıçılar Birliyinə üzv olanda mənə birinci rəyi  də o, vermişdi.

Yastı- yastı yapalaqlar yarıdı,

Girdə-girdə topalaqlar yarıdı,

Yarımadım heç nədən, yarımadım nə yaxşı

Çömçə tutan əlləri yalamadım nə yaxşı.

Məmməd Arazın sevdiyim şeirlərindəndir.  Mənim də dilimin əzbəri , yol göstəricimdir.

"Azərbaycan müəllimi" qəzetində    işləyirdim, bir məşhur şair şeirlərini gətirmişdi, o qədər zəif idi ki, redaktor məni çağırdı ki, sən filankəsin şeirlərini niyə təqdim  etməmisən. Dedim o şerilər çox zəifdir.  Sən  demə adam da oturub yanında, üzdən tanımırdım onu. Məmməd Araz  ikinci mərtəbədə əyləşirdi mən doqquzuncu  mərtəbədə.  Zəng elədi ki, gəl yanıma. Getdim,filankəsin şeirlərini sən niyə verməmisən dərc olunmağa dedi. Şeirlər çox zəif oldugunu bildirdim. Dedi ki,  "ay  qızım 50 ilin itinə hürməy öyrədirsən?"

Özümü həmişə Məmməd Arazın, Məmməd Aslanın, Həsən Əliyevin şinelinən  çıxmış  söz əsgəri hesab etmişəm.Məmməd Aslanın çox sevdiyim misrası var. Son vaxtlar dilimdən düşmür.

Dərdini qanana zindan əzabı,

Nəbzini tutana behiştdi dünya.

Udar padişahdan gədaya kimi

Eyləməz kimsəyə güzəşti dünya.

Mənim borclu  oldugum  insanlar  var, təbii ki, ilk növbdə  anama,  formalaşmagımda   böyük rolu olan bacıma,  bir jurnalist  kimi  qazandıgım ugurlara  görə isə mən , insanlıq  məziyyətlərini Məmməd Arazdan,  yazı  üzərində işləməyimə  görə  Məmməd Aslana,  elmi yazılarıma  görə Akademik Həsən Əliyevə, tənqidi yazılarıma  görə isə  Qulu  Xəlilova  borcluyam. Başqa  insanlarla  münasibətdə hansısa  nəzakətə, ünsiyyətə,  səmimiyyətə, mehribançılıga  meyl varsa,  bu da    Əzizə Cəfərzadədən   gəlir.

- Maraqlı   müsahibəyə  görə  çox   sag olun, son  olaraq arzunuz, istəyiniz?

- Arzum, istəyim   nə ola bilər, təbii ki,   torpaq, millət  aşiqi  olaraq  torpaqlarımızın bütövlüyünü istəyirəm,  yurduma  getmək istəyirəm. Anamın  vəsiyyətini   yerinə  yetirmək  istəyirəm,  Şuşa  işgal  ediləndən oglum  ad günü  qeyd  etmir, eyni tarixə düşdüyü  üçün,ogluma  ad günü  keçirmək istəyirəm,Şuşaya getmək istəyirəm.   O gün olsun ki, Zəngəzurumuz, Göyçəmiz, Qarabagımız  azad olunsun, Şuşamızda dalgalansın bayragımız.    Nə  qədər ki, torpaqlarımız işgal altındadır biz rahat  ola  bilmərik! Biz  vətənpərvər  gənclər yetişdirməliyik,  bizə  İbad   Hüseynov kimi  qorxmaz, igid  ogullar  lazımdır. Tanrı möhlət  versin ki,mən Şuşanı  görüm sonra ölüm.   Mən düşünürəm ki,  bu arzu  hər birimizin,  hər bir Azərbaycan  vətəndaşının  arzusu, istəyi olmalıdır! Rezonans.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR