“Total imla” adlı beynəlxalq aksiya 

Azərbaycan Dillər Universitetində (ADU) Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyi, ADU-nun "Rusiyaşünaslıq" Elmi Tədqiqat Laboratoriyası, Rusdilli təhsil müəssisələrinin müəllimləri assosiasiyasının təşkilatçılığı ilə "Total imla" adlı beynəlxalq aksiya keçirilib. Olaylar.az bildirir ki, dünyanın 80 ölkəsində keçirilən beynəlxalq aksiya Azərbaycanda dördüncü dəfə, ADU-da isə ilk dəfə olaraq reallaşıb və 100-dən çox iştirakçını, o cümlədən məktəbliləri, tələbələri, universitet müəllimlərini, habelə müxtəlif peşə sahiblərini və təqaüdçüləri bir araya gətirib.

ADU rektorunun təşkilati məsələlər üzrə müşaviri dosent Seyfəl Həsənov aksiya iştirakçılarını universitet rəhbərliyi adından salamlayıb və hər kəsə uğurlar arzulayıb.

Sonra Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin çıxış edib.O bildirib ki, aksiya hər il yeni iştirakçıları cəlb edərək populyarlığını davamlı şəkildə saxlayır: "Mən çox şadam ki, Azərbaycanın müxtəlif universitetləri bu tədbirə böyük maraq göstərərək öz platformalarını təqdim edir. Bu il bu təşəbbüsü Azərbaycan Dillər Universiteti göstərdi. Bu dəstəyə görə sizə öz minnətdarlığımı bildirirəm".

Bu il "Total imla"nın mətninin müəllifi məşhur rus yazıçısı və ədəbiyyatşünas Pavel Basinskiy olub."Total imla"nın Bakı iştirakçıları Maksim Qorkinin "Na dne" əsərinin "Lovets duş" adlı üçüncü hissəsini yazıblar. "Total diktator" qismində ADU-nun "Rusiyaşünaslıq" elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Diana Hüseynzadə çıxış edib.

Bu il dünyanın 3000-dən çox platformasında təxminən 250 min adam bu aksiyada iştirak edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR