Əlövsət Abdullayevin şəxsi kolleksiyasının təqdimatı keçirildi

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın görkəmli dilçi alimi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Abdullayevin şəxsi kitab kolleksiyasının təqdimatını keçirib. 

Olaylar.az xəbər verir ki, təqdimat mərasimində alimin müasirləri, tələbələri, ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə təqdimatla çıxış edən MEK-in Kitabxana-xidmət şöbəsinin əməkdaşı Səda Əliyeva alimin şəxsi kitab kolleksiyası, həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. 

Daha sonra professor Əlövsət Abdullayevin qardaşı, professor Əlikram Abdullayev, qızı Sənubər Abdullayeva, oğlu Tofiq Abdullayev, dilçi alimin tələbəsi olmuş BDU-nun dosenti İsmayıl Məmmədov, professorları Tofiq Hacıyev, Rəhilə Quliyeva, Fikrət Əlizadə və digər qonaqlar çıxış edərək, alimin həyatı və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüblər. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR