Tingçiliklə bağlı regional müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən təşkil olunan regional müşavirədə Dövlət Xidmətinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri və bölgə fermerləri  iştirak edib. "Olaylar" xəbər verir ki, müşavirədə tingçiliyin elmi əsaslarla inkişafı, yeni intensiv bağların salınması, becərilməsi, damcı suvarma üsulunun tətbiqi, ting istehsalı, tinglik əkinlərə aqrotexniki qulluq, intensiv bağların salınmasında tinglərə tələbatın yerli istehsal hesabına ödənilməsi məsələləri müzakirə olunub. Bununla yanaşı, bölgə fermerləri burada innovativ metodlarla ting istehsalı və becərmə  texnologiyaları ilə əyani tanış olmaq imkanı qazanıblar.

Müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin şöbə müdiri Qərib Novruzlu "Tinglik əkinlərə aqrotexniki qulluq və tingçiliyin elmi əsaslarla inkişafı", "Tinglərin sertifikatlaşdırılmasının standartlara uyğun aparılması" mövzularında məruzə ilə çıxış edərək son zamanlar bu  sahədə həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, yeni innovativ texnologiyaların tətbiqinə, həmçinin toxumçuluğun və tingçiliyin inkişafına dövlət qayğısı göstərilir, bir çox sahələrdə güzəştlər tətbiq olunur. Məruzədə qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli tingə tələbatının daxili istehsal hesabına ödənilməsi olduğu qeyd edilib. Tədbirdə diqqətə çatdırılıb ki, Azərbaycanda 12 regional toxum sertifikatlaşma mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər, müasir avadanlıqlarla təchiz edilərək fermerlərin istifadəsinə verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR