Azyaşlı qızlarının təlim-tərbiyə, davranışdan kənar qalmasında valideyinlərinin böyük günahı var- ŞƏRH

Keçən həftə gündəmin başlıca mövzusu paytaxtın 162 saylı məktəbində məktəbli qızın intihar etməsi oldu. Baş vermiş faciəvi hadisəyə hər kəs öz prizmasından yanaşdı, mövqe ortaya qoydu.  Kimi valideyni, kimi məktəbi, kimi də ətraf mühiti günahıandırdı. Bu günün özündə də sözügedən hadisə müzakirə mövzusu olara qalır. Ekspertlər, siyasilər məsələyə öz münasibətlərini açıqlayırlar. Millət vəkili Azər Badamov hesab edir ki, Elinanın intiharı orta təhsilin təlim-tədris prosesində yeni yanaşmanın ortaya qoyulmasının vacibliyini göstərir. Deputatın sözlərinə görə, dünya qloballaşır, inkişaf edir, sərhədlər virtual olaraq aradan qalxır və bu da cəmiyyətə təhlükəli informasiyaların axınını sürətləndirir: "Bu axının mənfi təsirlərinə çox məruz qalan şagirdlərdir. Məhz şagirdlərdə yeni təfəkkür , xarakter formalaşır, daha həssalıqla təhlükəli informasiyaları qəbul edir. Təhlükəli informasiya uşağı cəmiyyətdən təcrid edir və onun özündə yeni bir dünya formalaşdırır. Bu o dünyadır ki, uşaqlara Elinaların hərəkətlərini təbliğ edir və belə hallar adiləşdirir. Yəni, intihar cəmiyyət üçün bir faciə olduğu halda, onun haqqında o qədər çox danışılır ki, nəticədə bu bir təbliğata çevrilir və təfəkkür tam formalaşmamış uşaqlar onu daha tez qəbul edir. Nəticədə uşaqların psixologiyası pozulur və qarşısına çıxdığı çətinliklərdən çıxış yolunu intiharda görürlər. Belə halların təkrarlanmaması üçün orta məktəb şagirdləri ilə psixoloji işin istiqamətini dəyişməli və bu məsələyə daha ciddi yanaşmalıyıq". Millət vəkili deyib ki, orta məktəblərdə məktəb psixoloqları fəaliyyət göstərir. Ancaq belə bir sual meydana çıxır. Təhsil sistemimizdəki mövcud yanaşma ilə məktəb psixoloqların fəaliyyəti şagirdlərin psixologiyasının öyrənilməsinə və hər hansı konkret nəticənin ortaya qoyulmasına imkan verirmi?: "Düşünürəm yox. Çünki, bu gün məktəb psixoloqlarının fəaliyyəti üçün əsasnamə yoxdur. Orta təhsil müəsisələrində psixoloqların effektiv fəaliyyət göstərə biləcək norma müəyyən olunmayıb. Məktəb psixoloqlarının məsuliyyəti və iş rejimi müəssisənin rəhbərliyi ilə eyni olmasına baxmayaraq təminatı təsərrüfat işçilərin əmək haqlarına uyğundur.  Orta məktəblərdə məktəblinin dostu layihəsi icra olunur. Əsasən şəhər məktəblərində 3-4 məktəblinin dostu fəaliyyət göstərir. Məktəbin təhlükəsizlik kameralarına da məktəblinin dostları nəzarət edir. Burda bir sual meydana gəlir. Məktəblinin dostu üçün qanunla məsuliyyət nəzərdə tutulmuşdurmu? Xeyir. Düşünürəm dostların əvəzinə məktəblərdə konkret iş norması müəyyənləşdirilərək psixoloqların sayını artırmağına ehtiyac var. Hazırda 200 şagirdlik və 2000 şagirdlik məktəbdə eyni şəkildə bir məktəb psixoloqu fəaliyyət göstərir. Şagird sayından asıllı olmayaraq təminat isə eynidir. Şagirdlər məktəbdə olduğu zaman dərs cədvəli üzrə tədrislə məşğul olurlar və dərslər bitəndən sonra evlərə gedirlər. Belə olan halda məktəbin psixologu şagirdlərlə psixoloji işi hansı vaxtda aparmalıdır?. Təbii ki, psixoloqun şagirdlərlə işləməsi üçün konkret vaxt müəyyənləşməyib. Ona görə də müəyyən olunmuş proqramla dərs cədvəli üzrə psixologiya və ya etika-estetika fənni tədris olunmasını vacib hesab edirəm. Orta məktəblərdə belə bir fənn tədris olunarsa psixoloqların şagirdlərlə işləməyə dərs cədvəli üzrə konkret vaxt müəyyənləşər və nəticəsi də effektiv olar, məktəblərdə xoşa gəlməz hallar da azalar".

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay isə deyib ki, Elina Hacıyevanın intiharlı ölümü, ölkəmizə güclü ictimai sarsıntı gətirib: "Səbəb və səbəblər üzərində düşünülür. Ölüm-intiharın bilavasitə səbəbi nə idi?. Bilavasitə ölüm səbəbindən başlayaq. Ölüm daxili qanaxma və ağrı şoku nəticəsində baş tutub, intiharda yüksəklikdən düşmə ilə əlaqədar kəllə beyin, gövdə və ətraf sümüklərin komplekt travması və daxili orqan-üzvlərin zədələnməsi nəticəsində olub. Vaxtında və keyfiyyətli tibbi yardım göstərilsəydi, qızın həyatını xilas etmək mümkün olardımı? Ola bilərdi, olmaya da, bunu meyitin müayinəsi ayırd edər.Ölümün intihar səbəbi nədir? Məsələyə, kriminalist nəzərindən baxaq. Məktəbdə yuxarı, 11-ci sinif şagirdi bir nəfər oğlanın qızı cinsi, fiziki və mənəvi təqibə məruz qoyması, kollektiv içində aşağılamasilə onu gülüş-rişxənd təzyiqli psixoloji-emosional son həddə çatdırması. Bu faktla bağlı, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanmalıdır, həmin oğlan(oğlanlar) dərhal həbs olunmalıdır. Bu yerdə, dövlət və cəmiyyətin diqqətini xüsusi vacib məsələyə dəvət edim. Demək olar, bütün orta məktəblərdə bu mənzərə var. Yuxarı 10-11-ci sinif oglan şagirdlər var, aşağı 8-9 və hətta 7-ci sinif qızlarını mütəmadi seksual, fiziki, moral təqib, təzyiq, təhdid altında saxlayırlar. Günləri-axşamları qəlyanxana, gecə klublarında keçən, kriminal aləm insanları ilə oturub-durub, narko-vasitələr qəbul edən bu oğlanlar, orta məktəbə yalnız özünü göstərmək, azyaşlı qızları yoldan çıxarmaq üçün "baş çəkirlər". Bununla da bağlı valideyinləri ehtiyatlı tədbirli olmağa çağırıram. Hətta məktəblərdə bu oğlanlar vasitəsilə kriminal aləmin təzyiq təsir qaydaları da qoyulur şagirdlər. Hə hətta bəzən müəllimlər üzərində! Bunu da yerli polis orqanları, məktəb rəhbərləri, valideyinlər də ciddi diqqətə alsınlar. Hadisəyə daha geniş, istintaq-inzibati tərəfdən baxaq. Azyaşlı qızlarının təlim-tərbiyə, davranış və həyatının diqqətdən kənar qalmasında onun valideyinlərinin böyük günahı var. Yəni valideyin borcu, məsuliyyəti olmayıb heç?. Elinanın başına gələn və ya gətirilənlər barədə xəbərsiz olan, ya xəbəri olub, biğanə qalan valideyinlər barədə də araşdırma aparılmalı, məsuliyyət daşımalıdırlar".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR