İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) haqqında bütün zəruri məlumatları özündə əks etdirən ait.edu.az internet saytı yaradılıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki,  rəsmi sayt Aİİ haqqında mövcud məlumatları əks etdirməklə yanaşı, həmçinin yeniliklərlə bağlı xəbərləri də daim yayımlayacaq.

İnternet-saytın ana səhifəsində "Haqqımızda"; "Struktur"; "Qəbul"; "İnstitut həyatı"; "Beynəlxalq əlaqələr" və "Nəşrlər" bölmələri yer alıb.

ait.edu.az saytında "İctimai fəaliyyətlər", "Tələbə həyatı" və "Kurslar" başlıqlı yazılara "İnstitut həyatı" bölməsində geniş yer verilib.

Aİİ-nin rəsmi internet səhifəsinin "Beynəlxalq əlaqələr" bölməsində "Tərəfdaş universitetlər"; "Tələbə mübadilə proqramları"; "Səfirliklərlə əməkdaşlıq" başlıqları altında ali təhsil müəssisəsinin xarici fəaliyyəti haqqında məlumatlar işıqlandırılıb.

Saytın "Nəşrlər" bölməsində İnstitutun elmi nəşrləri, qəzet və jurnalları haqqında məlumat verilib.

Sayt yeni funksional bölmələrlə zənginləşdirilib və ən son internet texnologiyaları əsasında mükəmməl dizaynda istifadəyə verilib. Saytın rus və ingilis dillərində də səhifələri mövcuddur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR