Tanınmış jurnalist Səbuhi Məmmədli: "Bu cinayətdir" - DİQQƏTLİ OLUN

 

Azərbaycanda müxtəlif marketlərdə satışa çıxarılan EVİAR MMC-nin istehsal etdiyi çörəklə bağlı problem ortaya çıxıb. News24.az xəbər verir ki, qeyd olunan şirkətin istehsalı olan çörək son tarixi bitməmiş kiflənib. Bu problemlə rastlaşan Azərbaycanın tanınmış jurnalisti Səbuhi Məmmədli çağırış edərək, hər kəsin bu problemdən məlumatlı olmağa çağırıb: "Şəkərim olduğuna görə, demək olar ki, hər gün bu çörəkdən alıram. Çörəyin istehsalçısı EVİAR MMC-dir. Şəkildən göründüyü kimi isifadə müddəti bu gün sona yetir. Amma dünəndən kif bağlayıb, çörəyin üst qatı qəribə şəkildə "qırışıb". 
Yəqin mənim kimi yüzlərlə insan bu şirkətin məhsulunu alır hər gün. Olmaz, vallah belə olmaz. Bu cinayətdi. Ayıblıqdan keçib artıq...
Hə, çörək 9-cu mikrorayonda yerləşən ARAZ Supermarketiindən alınıb".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR