Kommunistlər Nəriman Nərimanovu anıblar

Az. KP MK-nın təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının üzvləri, komsomolçu gənclər, ziyalılar, müharibə və əmək veteranları, şəhər ictimaiyyətinin nümayəndələri Azərbaycan xalqının vətənpərvər oğlu, mütəfəkkir alim, yazıçı-publisist, alovlu inqilabçı, Nəriman Nərimanovun anadan olmasının 149-cu ildönümünü münasibəti ilə onun Bakı şəhəri, Yasamal rayonunda yerləşən abidəsi önünə toplaşıblar. "Olaylar" xəbər verir ki, təntənəli tədbiri  KPİ-Sov. İKP MŞ-nın üzvü, Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov açaraq tədbir iştirakçıları qarşısında Nərimanovun həyat yolunu əks etdirən geniş məzmunlu çıxış edib. O, mitinq iştirakçılarına  Nərimanovun inqilabı fəaliyyətindən, onun Azərbaycan Respublikasının bir dövlət kimi təşəkkül tapmasında əvəzolunmaz xidmətlərindən danışmış və gənc nəsilə Nərimanov irsini dərindən öyrənməyi, onun kimi vətənpərvər, sosializm ideyalarına sədaqətli olmağı tövsiyyə edib. Bununla da, görkəmli inqilabçının 149-cu ildönümünə həsr olunmuş təntənəli tədbir yekunlaşıb. Mitinq iştirakçıları N.Nərimanovun abidəsi önünə əklil və tər qərənfil dəstələri qoyublar. Nəriman Nərimanovun 149-cu ildönümü ilə əlaqədar tədbirlər  AKP-nin respublikada fəaliyyət göstərən bütün rayon-şəhər təşkilatlarında qeyd olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR