BMqT-in Azərbaycan nümayəndəliyinin təmsilçiləri Azərbaycan Dövlət Aqrar Universitetində olmuşlar

10 Aprel 2019-cu il tarixində Beynəlxalq Miqrasiya Təşkilatının Ölkə üzrə Missiya Rəhbəri Vladimir Qyorqiyev başda olmaqla təşkilatın heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov başda olmaqla universitetin heyəti ilə görüşmüşdür. Görüşdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə icra olunan "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı" layihəsi çərçivəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. BMqT və ADAU adı çəkilən layihə çərçivəsində davamlılığın artırılması və əldə edilmiş bilik və bacarıqların ötürülməsi baxımından hər iki tərəfin mümkün əməkdaşlıq və müştərək fəaliyyətlərini nəzərdən keçirmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR