“Azərsu” rəhbərliyi Şamaxıda qəbul keçirəcək

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov aprelin 16-da Şamaxı şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə məlumat "OLAYLAR"-a Cəhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, qəbul Şamaxı Sukanal İdarəsinin inzibati binasında keçiriləcək. Qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı rayonlarında yaşayan vətəndaşların içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Şamaxı, Ağsu, Qobustan və İsmayıllı sukanal sahələrinə, həmçinin "Azərsu" ASC-nin 431-47-67 (daxili 1050) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR