“Qurani-Kərimin digər dillərə tərcüməsi” mövzusunda seminar təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 29 mart 2019-cu il tarixdə Ukrayna "Ostrojskaya Akademiya" Milli Universitetinin İslam Araşdırmaları Mərkəzinin direktoru, "Qurani-Kərim"in Ukrayna dilinə tərcüməçisi, tarix üzrə fəlsəfə doktoru Mixail Yakuboviçin təqdimatında "Qurani-Kərimin digər dillərə tərcüməsi" mövzusunda seminar təşkil olunub. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki,  Aİİ rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi seminarı İnstitutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov idarə edib. A.Şirinov tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində müxtəlif mövzularda təşkil olunan seminarlar, "dəyirmi masa"lar, təlimlər haqqında məlumat verib. Ukrayna "Ostrojskaya Akademiya" Milli Universitetinin İslam Araşdırmaları Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, "Qurani-Kərim"i ilk dəfə Ukrayna dilinə tam tərcümə etmiş Mixail Yakuboviç "Qurani-Kərimin digər dillərə tərcüməsi" mövzusunda geniş məruzə edib.

M.Yakuboviç qeyd edib ki, "Qurani-Kərim" ərəb dilində nazil olduğu üçün digər millətlər İslam dinini qəbul etdikdən sonra, Müqəddəs Kitabı və başqa dini ədəbiyyatı öz ana dillərində oxumağa ehtiyac hiss ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR