Yetim italyanın Bakı sərgüzəştləri... AYSEL OĞUZ YAZIR

Aysel Oğuz

Yayın cırhacır vaxtlarıymış...Yaşlı bir nənə kənddə dükana alış-verişə girir, söhbət əsnasında satıcıya deyir: "Ay bala, evdə milçək əlindən oturmaq olmur, neyniyim,.." Satıcı qayıdır ki, nənə, gəl sənə milçəyin qənimi olan "dixlofos" verim.Nənə yazıq ömründə birinci dəfə əlinə o "dixlofosu" alır, o yan, bu yana çevirir, bir şey başa düşmür.Deyir ay bala, bunu necə işlədim? Satıcı da  "it oynadan" olur, qayıdır ki, bəs   heç nə, nənə...Düşürsən milçəyin dalıyca, əlinlə tutursan, dixlofosu götürüb ağzına sıxırsan...milçək o saat can verəcək...Nənə sevinərək "dixlofos"u alıb gedir...Üstündən 2 dəqiqə keçmir, yarı yoldan qayıdır...Deyir ay bala, elə əlimlə milçəyi tutacaqdımsa, bu  dərmanı neynirdim ki?

Kaş bu nənədə olan saflıq bizdə olardı...İndi bu olmuş lətifəni şəhər camaatına danış, qayıdar ki gop da olsa, maraqlıdır...Amma sizə gop gəlməyi normaldı, çünki iri şəhərlərdə yaşaya-yaşaya o saflığı biz çoxdan itirmişik. Azdan- çoxdan bəzilərimizdə  vicdan qalıb, belə getsə onu da itirəcəyik...Artıq heç nədə saflıq görə bilmirik, adi saf,təmiz yazılan sulara belə şübhə ilə yanaşırıq... Yaxşı, pis itirdiyimiz saflığı indi kəndlərdə tapa bilirik...Yox əgər birdən şəhərdə çaşıb saf adam görsək belə, o qədər gözümüz qorxub ki, o saflığın altında da bir şey axtarırırq.

Amma saflıqdan da önəmli bu həyatda vicdandır.Kimliyindən asılı olmayaraq,vicdanın olmadısa, demək sən insan deyilsən.Başımıza nə gəlirsə, vicdansızlıqdan, bir də nəfsdən gəlir.İnsanıda vicdansızlığa aparan yol nəfsdən keçir.

Deməli, bu yaxınlarda bir italyanı layihə üçün dəvət edirlər Bakıda yaxşı pul müqabilində işləməyə.Günlərin bir günü bu yazıq italyan bərk xəstələnir.Əslində özü də bilir ki, soyuqdəymədəndir. Təbii ki, "qılınc müsəlman" olmadığına görə özünə görə narahat olur, gedir Bakıda çox məşhur klinikaların birinə. İtalyan bu həkimlərin gözünə "yaşıl yüzlüklər" kimi görünür. Qayıdıb bu yetimə deyirlər ki, bəs sənin ürəyində ciddi problem var,  təcili əməliyyata götürüb ürəyinə "stend" qoymalıyıq...yoxsa amanın bir günüdür, qərib diyarda ölüb gedərsən...Bir sözlə bu yazıq "əməliyyat" olunur.Gün gəlir yetişir, italyanın layihəsi bitir, dönür vətənə.Bir gün bu yetimin beyninə müayinə olunmaq düşür.Gedir ürəyini yoxlatmağa.İndi bu yazıq həkimlərlə dirəşir ki, necə ola bilər axı mənim ürəyimə stend qoyulub, əməliyyata da bir ətək pul tökmüşəm. Axır məlum olur ki, heç ümumiyyətlə stend qoyulmayıb...İnandırıcı olsun deyə dərisini yarıb, üstündən tikiş atıblar...

İndi bir çoxlarınız bilirəm inandız bu hadisəyə...Deyirsiz ki, olar olar, bizimkilərdən nə desən çıxar... Vicdan itdisə o vicdan çətin qayıda!

Bu iki əhvalatı yan-yana gətirəndə həmişə məndə iki sual yaranır...Görəsən o italyan bir daha Bakıya gəldimi? Bəs o nənə? Görəsən o nənə öz kəndliləri kimi Bakıya köç edib olan- qalan o saflığını itiribmi?

Bilmək olmaz, bəlkə də o italyanın başına açılan oyun nənənin başına çoxdan açılıb... Bəlkə də istəsə də o "dixlofos" söhbətinə ikinci dəfə inanmaz artıq...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR