22 mart - Ümumdünya su  günüdür

Hər il martın 22-də Ümumdünya  su günü (World Day of Water) qeyd olunur. Bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb.

Olaylar.az xəbər verir ki, bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi(ETSN)  su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır. Həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Ətraf Mühitin Mühafizəsi və digər qanunlara və qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz beyməlxalq konvensiyalara  və razılaşmalara əsaslanmalıdır. Bu zaman  çaylarda  tələb olunan ekoloji axımı təmin edilməli və su ehtiyatları inteqrasiyalı yanaşma  və hövzə prinsipinə uyğun idarə edilməlidir. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR