Uğurlu 20 saat qaydası nədir?

Mark Zukerberq və İlon Mask kimi gənc yaşda uğur qazanmış texnologiya nəhəngləri asan və intizamlı bir metoddan istifadə edib.

Olaylar.az bildirir ki, elm adamı və yazıçı olan Josh Kauffman-a görə, nəyi istəyirsinizsə 20 saat ərzində öyrənə bilərsiniz.

Josh Kauffman qeyd edir ki, öyrənmə prosesinin uğurla həyata keçməsi üçün öyrənmə metodu intizamlı tətbiq edilməlidir . Yəni, ixtisaslaşmaq istədiyiniz mövzuya gündə ortalama 45 dəqiqə ayırmağınız kifayətdir.

Beləki, 20 saatınızı günlərə bölərək ən məhsuldar şəkildə dəyərləndirməyiniz lazımdır.

Yazıçı Kauffman bu mövzuda ABŞ-ın qurucularından olan Benjamin Franklinin öyrənmə metodunu misal göstərir. Benjamin Franklin "Planlı Öyrənmə" adını verdiyi bu üsulla sadəcə 3 il ərzində məktəb təhsili proqramını artıqlaması ilə öyrənməyi bacarıb.

Onun metodu "5 Saat Qaydası" olaraq da tanınır. Bu metod isə 20 saat qaydası ilə eynidir. Çünki, Franklin bazar ertəsindən cümə gününə qədər gündə 1 saatını öyrənmək istədiyi mövzuya ayıraraq 1 ayın sonunda həmin mövzu haqqında ixtisaslaşmağı bacaran dahidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR