Papaq: Azərbaycan kişisinin üç əsas atributundan biri - VİDEO

Xalqımızın tarix səhnəsinə nəzər salsaq görərik ki, Azərbaycan kişisi 3 əsas şeyə önəm verərdi ki, bunlardan biri də papaq idi

Papaqların şələ, dakka, qoçu, buxara kimi növləri var.Bəy zümrələrinin geyindiyi Buxara papağı Buxaradan gətirilmiş dəridən konus şəkilində hazırlanlr.27 ildir papaq tikməklə məşğul olan Sadu Xalayev deyir ki, papağa maraq gündən- günə azalır.Ancaq buna baxmayaraq papaqçı bu işi ilə xalqa böyük yaxşılıq etdiyini düşünür

Azərbaycan kinomatoqrafiyasinda da xalqimiza xas kişi obrazının yaradılmasında papaq önəmli rol oynayıb.İstər Məşədi Ibadin papağın qoyluşuna, istərsə də Cahandar Ağa obrazının papağa yanaşmasında  bunun şahidi oluruq.

Hamımızın papaq filimi kimi tanıdığımız evlənmək istəyirəm filmində də ideya məzmunu papaq üzərində qurulub.Lakin papaq Qafqazın kişilik, mərdlik simvolu sayıldığından filimin rejissoru Cahangir Mehdiyev nə qədər təkid etsə də filmin adının papaq qoyulmasına razılıq verilmir.

Ustanın indiyə kimi satdığı ən bahalı papaq 500 manata olub.Daha çox müştəriləri isə hacılar, yaşlı insanlar və Müdafiə Nazırliyinin komandir və leytinatlarıdır.Eyni zamanda usta papaq tikmək üçün xaricdən gətirilən xam malın gömrük rüsumunun da yüksək olmasından şikayətləndi

Keçən əsrin 60 - 70 ci illərində dəbə düşən ayrodrom papaqlarını isə hal hazırda daha Bakı kəndlərində istifadə edirlər

İndi artıq nə zəmanə o zəmanədi nədə ki insanlar o insalradı.Dəyişən dövürdə bu gün papaq gündəlik geyim kimi istifadə olunmasa da bütün dünyaya tariximizi, mədəniyyətimimiz, özümüzü göstərmək üçün milli dəyərlərimiz siyahisindadir

oxu.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR