Vaşinqtonda Azərbaycan məktəbində Novruz bayramı 

Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbində növbəti Novruz bayramı tədbiri keçirilmişdir. Olaylar.az bildirir ki, bayram günü tədbirində məktəbin şagirdləri və müəllim heyəti ilə yanaşı valideynlər və digər qonaqlar da iştirak etmişdir.

Tədbir zamanı aparıcı tədbir iştirakçılarını salamlamış və xalqımızı Novruz bayramı münasibətilə təbrik etmişdir. İlk olaraq şagirdlər tərəfindən Azərbaycan Respublikasının Dövlət himni ifa olunmuş, daha sonra məktəbin fəal şagirdlərindən olan Humay Rəfizadə öz yazdığı "Novruz bayramı gəlir" şerini söyləmişdir.

Tədbirdə şagirdlər Novruz bayramına həsr olunmuş milli ruhda Azərbaycan haqqında şeirlər söyləmiş, "Eynur", "Sarı gəlin", "Turacı", "Ağ çiçəyim", "Cücələrim", "Xan çobanı" rəqslərini və milli rəqslərin kompozisiyasınadan ibarət rəqs ("Popurri") nümayiş etdirmişdilər.

Bahar qızı səməni ilə "Ağ çiçəyim" rəqsini ifa edərək Kosa və Keçəli uşaqlarla görüşə dəvət etmişdir. Kosa və Keçəl Novruz bayramının əsas atributlarından olan "Kosa-kosa" tamaşasını göstərmişdir. Bu tamaşa yalnız Azərbaycanda qeyd olunan Novruza məxsusdur. Eyni zamanda tədbirdə Novruz adət-ənənələrindən danışılmışdır. Daha sonra uşaqlar arasında Novruz bayramının əsas adətlərindən olan yumurta döyüşdürmək yarışı keçirilmişdir. İştirakçılar sonda "Novruz gəlir, yaz gəlir" mahnısını ifa etmişdirlər. Şagirdlərin ifaları alqışlarla qarşılanmışdır.

Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevral ayında təsis edilmiş, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqları cəlb olunmaqla məktəbdə mili dəyərləri aşılanır, Azərbaycan dili dərsləri keçirilir və Azərbaycan milli bayramlarını birlikdə qeyd etmək imkanını yaradır. 2018-ci il ərzində Novruz bayramı, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü ilə əlaqədar tədbirlərlə yanaşı şagirdlər Corc Vaşinqton Universiteti nəzdində Tekstil muzeyində təşkil edilən Azərbaycan Mədəniyyət Günündə də çıxış etmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR